Azərbaycan OPEC-ə daxil olmaqla bağlı danışıqlar aparır
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmaqla bağlı danışıqlar aparır, The Wall Street Journal təşkilat təmsilçisinə istinadən xəbər verir.
İki il əvvəl Azərbaycan OPEC üzvlərinin və qeyri-üzvlərinin qoşulduğu hasilatın koordinasiyalaşmış azaldılması haqda sazişin iştirakçısı olub. Bu sazişi çox vaxt “OPEC plyus” adlandırırlar. Bu günlərdə OPEC—in baş katibi Muhammed Sanusi Barkindo Bakıda səfərdədir. O, Azərbaycan prezidenti İlham Əliyev və enerji naziri Pərviz Şahbazovla görüşüb.
“Neft sənayesinin beşiyi olan Azərbaycanın gələcəyi OPEC-dədir. Azərbaycan neft hasilatının azaldılması üzrə “OPEC plyus” sazişinin dəstəklənməsində vacib rol oynayır. OPEC və Azərbaycan dünya bazarında neftin qiymətlinin qorunması üçün ən səmərəli tədbirlərin müəyyən edilməsi üzrə əməkdaşlığı davam etdirir”, – Barkindo mətbuat konfransında bildirib.
Barkindo jurnalistlərə onu da bildirib ki, İlham Əliyev “OPEC plyus” konfranslarından birini Bakıda keçirməyi təklif edib.