Azərbaycanlı jurnalisti həbsxanada kitab oxumağa qoymurlar
Paylaşmaq
Paylaşmaq
Həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlıya siyasi ədəbiyyat verilməsnə, həmçinin yaxınları və dostları ilə görüşməyinə maneçilik törədilir. Bu haqda siyasi fəal Samir Əsədli bildirib və əlavə edib ki, Muxtarlı məhkəməyə müraciət etməyə hazırlaşır.
“Hər dəfə ona kitab aparırıq, amma geri qaytatırlar”, – Əsədli deyib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bunu inkar edir. Onun sözlərinə görə, ölkə qanunvericiliyi məhbuslara yalnız milli, dini və irqi ixtilaf yaratmağa yönəlik və ya pornoqrafik məzmunlu ədəbiyyatın verilməsi qadağandır. Qalan kitabları məhbuslar maneəsiz əldə edə bilərlər.
Jurnalist Əfqan Muxtarlı Azərbaycan hökumətinin kəskin tənqidçisi kimi tanınır. O, 2017-ci il mayın 29-da Tbilisinin mərkəzində oğurlanıb, səhəri gün Bakıya gətirilənə qədər bir neçə il Gürcüstanda yaşayıb. Vətənində onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər. Nəticədə o, altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu hadisə böyük rezonans, hətta beynəlxalq qalmaqal doğurub. Bu oğurluqda iştirakda ittiham olunan Gürcüstan hakimiyyəti həm öz, həm də Azərbaycan vətəndaşları qarşısında özünə bəraət qazandırmalı olub, bir çox beynəlxalq təşkilatlar isə Muxtarlıya qarşı ədalətin bərpa olunmasını tələb edib. Amma faktla bağlı jurnalist hələ də həbsdə saxlanılır. Artıq müxalif Respublika Alternativi Partiyasının lideri İlqar Məmmədov azad edilmişkən, Əfqan Muxtarlını dünyanın ən tanınmış azərbaycanlı siyasi məhbusu hesab etmək olar.