Azərbaycanın bütün komandaları futbol üzrə Avropa Kuboklarıın ikinci mərhələsinə keçib
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Avropa klub turnirlərinin ikinci mərhələsində dörd komanda ilə təmsil olunacaq. Bakının “İnter” və “Zirə” komandaları mümkün maksimal nəticə göstərərək bütün seçmə oyunlarda qalib olublar. Daha iki komanda – Ağdamın “Qarabağ” və Qəbələnin eyni adlı komandası öz yüksək reytinqləri sayəsində ikinci mərhələyə birbaşa putyovka qazanıblar.
Cənubi Qafqazın digər ölkələrindən – Gürcüstan və Ermənistandan ikinci mərhələdə hərəsindən bir komanda olmaqla iki komanda iştirak edəcək. Üstəlik püşkatma nəticəsində Azərbaycan və Gürcüstan çempionları eyni cütlüyə düşüb. “Qarabağ” iyulun 11-də öz meydançasında “Satredia”nı qəbul edəcək. Ermənistan çempionu “Alaşkert”in rəqibi isə Belarusun güclü “BATE” komandası olacaq.
Azərbaycanın qalan üç komandası Polşa, Lüksemburq və Rumıniya komandaları ilə rəqabət aparacaq. Növbəti mərhələyə keçmək şansları təqribən bərabərdir.