Azərbaycanda məişət zorakılığında təqsirli olanlara nəzarət bilərziyi taxmağa hazırlaşırlar
Paylaşmaq
Paylaşmaq
Məişət zorakılığı haqda qanuna dəyişikliklər hazırlanır: bu dəyişikliklər qəbul olunarsa, Azərbaycanda polis “qoluzorluları” qola və ya ayağa taxılan xüsusi bilərziklər vasitəsilə online izləyə biləcək.
Faktiki olaraq bilərzik “qoruma orderi” funksiyasını yerinə yetirəcək. İndi Azərbaycan qanunvericiliyinə görə, bu sənəd müdafiə haqqı verir: zorakılıq subyektinin öz qurbanına yaxınlaşması, ona zəng vurması, məktub yazması və ya hər hansı formada əlaqə qurması qadağandır. Bu bilərziklə təcavüzkar orderlə yaxınlaşması qadağan olunan yerə gedərsə, polisin bundan dəhral xəbəri olacaq.
Zorakılıq qurbanı olan ailələr üçün başqa yardım da nəzərdə tutulub: “Ailəyə sosial işçilər, psixoloqlar, hüquqşünaslar, yerli sığınacaq mərkəzlərinin işçiləri təhkim olunacaq və digər qabaqlayıcı tədbirlər görüləcək”, – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya-analitik tədqiqatlar şövəsinin rəhbəri Elgün Səfərov deyir.
Hazırda statistikaya görə, Azərbaycanda hər üç qadından biri ailə zorakılığına məruz qalır (qurban kişi də ola bilər, amma belə hallar çox azdır). Qoruma orderləri isə populyar deyil, çünki qadınların çoxu zorakılıq haqda danışmağa qorxur və inanmırlar ki, kimsə onları müdafiə edə bilər. Qoruma orderi alanların sayı ildə 10 nəfərdən çox olmur, baxmayaraq ki, sistem yeddi ildir təcrübə edilir.