Azərbaycanda koronavirusdan səkkizinci ölüm, 76 yeni yoluxma halı
Yoluxanların ümumi sayı 717 nəfərə çatıb
Azərbaycanda COVID-19 koronavirusundan səkkizinci ölüm və 76 yeni yoluxma halı qeydə alınıb.
Beləliklə, rəsmi məlumata əsasən, hazırda virusa yoluxanların ümumi sayı 717 nəfərə çatıb. Onlardan 44 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Səkkizinci ölən şəxs 67 yaşında olub və Azərbaycandakı digər koronavirus qurbanlarının əksəriyyəti kimi o da şəkərli diabetdən əziyyət çəkirmiş
Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub (amma fövqəladə vəziyyət tətbiq edilməyib).
Əksər təşkilatlar, müəssisələr və kommersiya obyektləri fəaliyyətini dayandırıb. Həmçinin metro, bütün park və bağçalar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkətinə ciddi məhdudiyət qoyulub – evdən çıxa bilmək üçün vətəndaşların işdən arayışı olmalı və ya evdən çıxma səbəbi və şəxsiyyət vəsiqəsinin növrəsini yazıb sms-lə hakimiyyət orqanına göndərməlidir.