Azərbaycanda koronavirusdan bir nəfər ölüb
Azərbaycanda koronavirusdan bir nəfər ölüb. Bu, İrandan qayıdan Azərbaycan vətəndaşı olan 51 yaşlı qadındır. Koronavirusdan başqa o, qırmızı qurd eşənəyi və böyrək çatışmazlığından əziyyət çəkirmiş – “Report” xəbər verib.
Ölən qadının ailəsi və onun yaxın ətrafından olan insanlar karantın altına alınıb.
Azərbaycan hökuməti ölkə vətəndaşlarını yaxın iki ay ərzində xarici səfərlərdən çəkinməyə çağırıb.
Həmçinin virusun yayılmasına qarşı mübarizə çərçivəsində Azərbaycanın kafe və restoranlarında müvəqqəti olaraq qəlyan qadağan edilib.
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Ev şəraitində iş, özünütəcrid, karantin – Gürcüstan hökumətinin tövsiyəsi