Azərbaycanda karantin rejimi sərtləşdirilir, SMS icazə sistemi geri qayıdır
Karantin rejimi əvvəl olduğu kimi yenə sərt olacaq, Iyunun 21-dən iyulun 5-dək insanlar 2-3 saatlıq sms icazəsi ilə evlərini tərk edəcəklər, ticarət mərkəzləri, salonlar və muzeylər bağlanacaq. Karantin rejimi ancaq böyük şəhərlərdə – Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq olunacaq. Bu qərarı Azərbaycan hökumətinin yaratdığı koronavirusla mübarizə qurumu, Operativ Qərargah verib. Operativ Qərargah sınadığı iki günlük “həftə sonu” karantin qərginliyə və hətta polislə vətəndaşların toqquşmasına səbəb olub. Amma koronavirusa yoluxanların sayı sürətlə çoxalaraq 10.000 nəfəri keçib. Bu səbəbdən karantin rejiminin sərtləşdirilməsinə qərar verilib.
Karantin müddətində:
▪️SMS icazə ilə evdən çıxılacaq,
▪️Ticarət mərkəzləri bağlanır,
▪️İctimai-iaşə obyektləri bağlanır,
▪️Bərbərxana-gözəllik salonları bağlanır,
▪️Muzey və sərgilər bağlanır,
▪️Açıq havada idman oyunları ləğv edilir.
Koronavirusun bugünə olan statistikası
Virusa bugünə qədər yoluxanların sayı 11329
Yeni yoluxma faktı 338
Sağalıb evə buraxılanlar 6192
Bu gün ölənlərin sayı 6
Ümumi xəstə sayı 4998
Olunmuş test sayı 403499