Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yeni qadağa tətbiq olunur. Yeni qaydaya görə, boşanmış tərəflərin övladları ata-anaları ilə üz-üzə deyil, onlayn görüşəcəklər. Bununla bağlı icra və probasiya şöbələrinə müvafiq tapşırıq verilib.
Digər tərəfdən, Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunub. Avqustun 12-nə olan statistikaya görə, koronavirusa yoluxanların sayı 93, ölənlərin sayı isə iki nəfərdir. 2 269 aktiv xəstənin müalicəsi davam etdirilir.