Qətl və talanlardan sonra Gürcüstanın Axalkalaki şəhərinə əlavə polis qüvvələri yeridilib
Avqustun 8-də baş verən qətl və talanlardan sonra avqustun 12-də Gürcüstanın Axalkalaki şəhərinə əlavə polis qüvvələri yeridilib ki, 27 yaşlı yerli sakinin dəfni zamanı mümkün toqquşmaların qarşısı alınsın.
Qanlı münaqişədə günahlandırılan bütün şəxslərin evinin ətrafına mühafizəçilər qoyulub. Polisin köməyinə xüsusi tapşırıqlar üzrə departamentin əməkdaşları gəliblər.
Axalkalaki Gürcüstanın cənubunda əsasən ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda yerləşən şəhərdir. 27 yaşlı Vardik Miranyan şəhərin düz mərkəzində güllələndikdən sonra böyük qəzəbli qrup qatilin qohumlarına aid mehmanxana, bir neçə ev və maşın talan edilib və yandırılıb.
Polis 37 yaşlı Artur Qabrielyanı həbs edib. Ona qarşı qəsdən adamöldürmə, həmçinin qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı irəli sürülüb.
Məhkəmə Qabrielyan haqda 2 ay qətimkan tədbirinin seçilməsinə qərar verib. O, günahını qəbul etmir, amma vəkilin bildirdiyinə görə, həbsi üstün tutub, çünki azadlıqda qalarsa, ondan qisas alınacağından qorxur.