Ukrayna daxili işlər naziri Arsen Avakov özünün “Facebook səhifəsində onunla Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili arasında mübahisəni əks etdirən video-material dərc edib.
Kadrda görünür ki, münaqişə zamanı Avakov Saakaşvilinin üstünə su tökür. “Facebookda daxili işlər naziri həm də Petr Poroşenkonun şərhinə cavab verir, şərh bu gün prezidentin rəsmi saytında dərc olunub. Poroşenko Milli İslahatlar Şurasının iclasında baş verən mübahisəni “biabırçı hadisə adlandırdı. Prezident onu da qeyd etdi ki, “kobud söyüş və təhqirlər, xüsusən də irqi çaları olanlar qəbul edilməzdir.
“Hörmətli prezident, Siz bəyanat verdiniz və mən, yumşaq tərzdə desək, təəccübləndim. Siz ksenofobiyada kimi ittiham edirsiz? Məni? Bütün ömrünü, 3 yaşından bəri Ukraynada yaşayan ermənini?
Siz məni İslahatlar Radasına öz ofisinizə dəvət etdiz və sizin ofisdə mənə öz fikrimi söyləmək imkanı verilmədi. Mən iki dəfə sizə müraciət etdim, alınmadı – yəqin ki, bu ancaq Saakaşvili üçün göstərilən teatrıydı. İsti Qafqaz qanı tək onda deyil… Mən doğrudan da yaranan vəziyyətə təəssüflənirəm, – Avakov yazır.
Öz postunda Avakov həm də dünən özünün “Facebook səhifəsində baş verən hadisəylə bağlı öz fikrini bildirən Ukrayna baş prokurorunun müavini David Sakvarelidzeyə müraciət etdi. Ukrayna daxili işlər naziri Sakvarelidzeni “məntiqi sonluğa gətirilən heç olmasa nəsə göstərməyə çağırdı.