Acariyada Xuloysk bələdiyyəsinin Zeda Semba kəndində güclü qar yağışı nəticəsində Kartvelişvili ailəsinə məxsus evin damı uçub. Nəticədə 44 yaşlı kişi həlak olub.
Ev təqribən gücə saat 1-də uçub. Qonşular xilasediciləri çağırıblar, amma onlar gəlib çıxana qədər ev sahibi artıq həyatını itirib.
Həmin an ev sahibinin həyat yoldaşı və övladı evdə olmayıb, onlar Batumidə olublar.
Məlum olub ki, Kartvelişvili ailəsinin köhnə taxta evi qəzalı vəziyyətdə olub. Qonşuların sözlərinə görə, ailə başçısı xəstə olduğu üçün evin damını vaxtında qardan təmizləyə bilməyib. Güman ki, məhz bu səbəbdən evin damı uçub.
Sosial təminatı olmayan ailələr kateqoriyasına aid olan ailə indi də ev-eşiksiz qalıb və dövlətdən kömək istəyir.
Faktla bağlı Cinayət Məcəlləsinin 166-cı (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddə ilə cinayət işi qaldırılıb.