Abxaziyada turistlərə quldur hücumu və milis islahatına başlamaq tələbi
Abxaziyanın hüquq-mühafizə orqanları ikinci sutkadır ki, Qudaut rayonundakı çimərliklərdən birində Rusiyadan gələn turistlərə silahlı hücum etmiş iki canini axtarır.
Abxaziya DİN mətbuat xidmətinin məlumatında deyilir ki, Qudaut rayonunda rusiyalı turistlərin qətlində əli olan canilərinin harada olması ilə bağlı dəqiq məlumata görə, 1 milyon rubl həcmində pul mükafatı təyin edilib.
Cinayət iyulun 11-də təxminən saat 12.20-də Qudaut rayonunun Primorsk kəndində (Yeni Afon kurortundan beş kilometrlik məsafədə) baş verib. Kimliyi istintaqla müəyyən edilməmiş iki maskalı şəxs növü müəyyən olunmamış odlu silahla və bıçaqla soyğunçuluq məqsədilə Moskvadan gəlib burada istirahət edən turist qrupuna hücum edib.
Hücum zamanı zərərçəkənlər – Kabanovlar və Çijikovlar ailəsi öz uşaqları ilə çimərlikdə günəşlənirmiş. Onların arasında olan yeganə yetkin kişi Andrey Kabanov müqavimət göstərməyə cəhd edib, amma döş qəfəsindən aldığı iki bıçaq yarası ilə ağır yaralanıb.
Bundan sonra hücum edənlər iki qadın və dörd uşağı oğurlayaraq cinayət yerindən uzaqlaşıblar.
Qışqırıq səsinə toplaşan yerli sakinlər yaralını xəstəxanaya aparıb, baş vermiş hadisə haqda milisə xəbər veriblər. Dərhal caniləri yaxalama planı elan edilib.
Qudautdan Yeni Afona qədər olan ərazini milis nəzarətə götürüb. Gecəyə qədər hüquq-mühafizə orqanları ərazidə detallı axtarış aparıblar.
Cinayətkarları yaxalamaq mümkün olmayıb, bununla belə milisin həyata keçirdiyi tədbirlər nəticəsində onlar qadın və uşaqları azad etməli olublar. Amma yenə də xoşbəxt sonluq baş verməyib.
Axşam Andrey Kabanov Qudaut xəstəxanasında aldığı yaradan həyatını itirib.
C anilərin hücumu Abxaziya cəmiyyətini silkələyib. Sosial şəbəkələrin Abxaziya seqmenti bu cinayətlə başlı müxtəlif şərhlərlə dolub-daşır.
Tanınmış jurnalist Anton Krivenyuk hesab edir ki, bütün hüquq-mühafizə strukturlarının rəhbərləri dərhal istefaya getməlidir, Abxaziya prezidenti Raul Xajimba isə ölkədə fövqəladə vəziyyət elan etməlidir.
Son zamanlar Abxaziyada cinayətkarlığın tüğyan etməsi həqiqətən də görünməmiş həddə çatıb. Yerli turist biznesini xroniki olaraq müşayiət edən çoxsaylı soyğunlarla yanaşı ağır cinayətlərin də sayı artıb.
Məsələn, Primorskda istorahət edənlərə qarşı hücumdan bir gün əvvəl Suxumda şəhərin ən böyük apteklərindən b iri soyulmuşdu. Qarovulçu ağır yaralanmışdı.
Daha əvvəl müəyyən müddət ərzində silsilə quldurluq hadisələri baş vermişdi. Və bu cinayətlərin heç biri açılmayıb.
Bir çox ekspertlər hesab edirlər ki, ağır kriminogen vəziyyət istirahət mövsümünü tamam məhv edəcək. Turizm Abxaziya iqtisadiyyatının əsas büdcə formalaşdıran sahəsidir.
Hakimiyyət artıq bu mövsümdə Abxaziya kurortlarına olan marağın azalması ilə bağlı narahatlığını ifadə etmişdi. Bir ay əvvəl prezident Raul Xajimba şəxsən rusiyalı turistlərə məxsus avtomobillərin saxlanılmasının qadağan olunduğunu bəhanə gətirərək tətil elan edən altmış DYP əməkdaşının işdən azad edilməsi haqda sərəncam verib.
DİN kollegiyasını məxsusi olaraq ziyarət edən prezident etiraz edən DYP əməkdaşlarını sözlərinin sərtliyinə belə fikir vermədən açıq-aşkar danlayıb. O bildirib ki, Abxaziya DYP əməkdaşlarının korrupsiyalaşması artıq Rus turistlərin dilində pritçaya çevrilib və onlardan çoxu YouTube kanalının qəhrəmanları olublar.
Y eri gəlmişkən, rezonanslı cinayətlər kontekstində bəzi Abxaziya ekspertləri qəfil artan cinayətkarlığın digər aspektini də diqqət özünə çəkir və bunu siyasi məqamla bağlayırlar.
Bəziləri yaxın zamanlarda Suxumda açılması gözlənilən Rusiya-Abxaziya birgə informasiya-koordinasiya mərkəzi ilə artan cinayətkarlıq arasında paralellər aparırlar.
İlkin olaraq bu strukturda dörd yüz əməkdaşın çalışacağı və onların geniş səlahiyyətlərinin olacağı, hətta az qala Abxaziya hüquq-mühafizə orqanlarının fəaliyyətini təkrarlayacağı planlaşdırılmışdı. Amma bu layihə Abxaziya polisinin demək olar ki, bütün elitası tərəfindən etirazla qarşılandı. Və nəticədə struktur əməkdaşlarının səlahiyyətləri və sayı əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Artıq qurumun ştat tərkibi 20 nəfəri aşmır.
Cinayətkarlığın tüğyan etməsinin bu motivini dəstəkləyən ekspertlər ehtimal edirlər ki, açıq-aşkar vəziyyətin öhdəsindən gələ bilməyən hakimiyyət şərtləri yenidən gözdən keçirməyə, mərkəzin ştat tərkibini və fəaliyyət sahəsini böyütməyə, bununla da Rusiya hüquq-mühafizəçilərinin Abxaziyada təsirni və müdaxilə imkanını genişləndirməyə məcbur olacaq.
Onlardan bəziləri öz versiyalarını onunla əsaslandırırlar ki, hətta yerli kriminal aləmin liderləri də, bu isə ondan çox qanuni oğru deməkdir, hökm sürən hərc-mərclikdən qəzəblidirlər və canilər haqda heç bir məlumata sahib deyillər.