Abxaziyada triller – Türkiyə seynerinin kapitanı əsrarəngiz şəraitdə oğurlanıb.
49 yaşlı Türkiyə vətəndaşı, seyner kapitanı Səlim Kaya cümə günü fevralın 9-da Oçamçırda kafedə oturubmuş. Kafedən getməyə hazırlaşanda axşam saat doqquzun yarısı olub, yerlilərdən birindən xahiş edib ki, onu maşını ilə limana aparsın. Onlar birlikdə həmin adamın (milis onun adını açıqlamır) BMW markalı avtomobilinə oturub, gediblər.
Amma cəmi on metr getməmiş iki maskalı əli silahlı şəxs onların qabağını kəsib. Tapança ilə təhdid edərək, onlar sürücünü maşından çıxmağa məcbur ediblər, özləri avtomobilə oturub, naməlum istiqamətə gediblər.
Milis bütün gecə adam oğrularını axtarıb. Fevralın 10-u səhər BMW Beslaxuba kəndi yaxınlığında yolda tapılıb. Maşının ön şüşəsində güllə izi olub. Salonda Makarov tapançası və bir giliz aşkarlanıb. Qan izinə rast gəlinməyib.
Müstəntiqlərin verdiyi yeganə məlumat cinayət işinin qaldırılmasından ibarətdir.
bxaziyada çoxları bu olayla bağlı il yarım əvvəl elə həmin yerdə baş vermiş çox oxşar əsrarəngiz trilleri xatırlayıb.
2016-cı il sentyabrın 29-da Oçamçır rayonunda 1957-ci il təvəllüdlü rusiyalı iş adamı Vaçahan Petrosyan oğurlanmışdı.
Milisdə olan məlumata görə, Petrosyan və şərikinin olduğu maşını milis avtomobili qovaraq saxlayıb, sonradan isə bu maşının saxta olduğu, milisə aidiyyatının olmadığı ortaya çıxıb. Saxta milis maşınında olan yol milisi formalı şəxslərin də imitasiya etdiyi aydınlaşıb.
Onlar Petrosyanı maşını saxlamağa məcbur edib, sonra onu şəriki ilə birlikdə öz maşınlarına otuzduraraq 1990-cı illərin gürcü-abxaz müharibəsindən sonra heç kimin yaşamadığı Tsaqeri kəndinə gediblər. Digər sərnişini – Oçamçır Asfalt Zavodunun direktorunu orada qoyub, Petrosyanı naməlum istəqamətə aparıblar.
Adam oğruları Petrosyanın maşınını da, onu içində apardıqları maşını da yandırıblar.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır