“Gürcüstanda müxalifət boykot elan edib – sanki eyni filmə yenidən baxırıq”
“Gürcüstanda müxalifətin yenə də parlamenti boykot etdiyini bilmək artıq gördüyümüz filmə yenodən baxmaq kimidir. Biz Gürcüstan müxalifətini parlamentdə işləməyə çağırırıq”, – noyabrın 18-də Vaşinqtonda dövlət katibi Mayk Pompeonun Gürcüstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirilib.
Gürcüstanın birləşmiş müxalifəti oktyabrın 31-dən, parlament seçkilərindən bəri küçə etirazları keçirir. Bütün müxalif qüvvələr seçkilərin saxtalaşdırılıdığını bildirib, parlamentdəki yerlərindən imtina edib və yeni səsvermənin keçirilməsini tələb edirlər. Hakimiyyət seçkilərin azad şəraitində keçirildiyini israrla bildirir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo yeddi ölkəyə səfər çərçivəsində Tbilisidə ümumilikdə bir gün keçirib – 17-18 noyabr. O, Gürcüstanın yüksək rəhbərliyi və qeyri-hökumət təşkilatları ilə görüşüb. Gürcüstanın müxalifət liderləri ilə müzakirəni dövlət katibinin müavini Filip Piker aparıb.
Mətbuat konfransının nəticələrinə dair bir neçə əsas tezis:
“Gürcüstanda müxalifət iqtidar partiyası ilə danışıqlar masasına oturmalıdır və birlikdə işləməyi öyrənməlidir. Seçki Məcəlləsinə dəyişikliklər edilməsinə nail olmaq lazımdır ki, növbəti seçkilərdə seçkilər daha yaxşı olsun və bu dəfə baş verən pozuntular təkrarlanmasın.
Bu, ABŞ və Avropa İttifaqı səfirlərinin dəstəklədikləri yanaşmadır – bizdən çözüm gözləməyin, biz sizin həll yolu tapa biləcəyiniz müzakirələrin aparılmasındakömək etməyə çalışacağıq.
Hər iki tərəf parlamentdə təmsil olunmalıdır ki, qanunvericilik gündəmi ölkə üçün mühüm olan məsələləri, o cümlədən də seçki sisteminin islahatını və Mərkəzi Seçki Komissiyasının tərkibinin yenilənməsini əhatə etsin.
O zaman növbəti seçkilərdə müxalifətin hamının etibar edəcəyi daha dəqiq nəticələr əldə etməsi üçün imkanları çox olacaq və belə münaqişə daha baş verməyəcək”.
Dövlət Departamentinin nümayəndələri xatırladıblar ki, seçkilərdə pozuntular Gürcüstan üçün uzun illər boyu ciddi problem olub və ABŞ bütün bu müddət ərzində fəal şəkildə ölkəyəmüstəqil siyasi institutların quruımasına kömək edib.
“Qanunsuzluğun hökm sürdüyü 1990-cı ilər Gürcüstan üçün həqiqətən də itirilmiş illər olub. Növbəti 30 il ərzində dəfələrlə analoji pozuntularla müşayiət olunan kifayət qədər mübahisəli seçkilər olub: səslərin satın alınması, eçicilərin qorxudulması, inzibati resurslardan sui-istifadə.
İndi ölkə hələ də demokratikləşmə prosesindədir və biz bunu oktyabrın 31-də keçirilən parlament seçkilərində də görmüşük”.