Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb. Yarış fevralın 25-ə qədər davam edəcək. 92 ölkədən olan 2500-dən çox idmançı Olimpiadaya qatılacaq.
Bütün dünyadakı idmansevərlərin çoxunun yaxın iki həftə ərzində diqqətlə izləyəcəyi Olimpiya Oyunları haqda ən maraqlı faktlar bunlardır.
– Pxençxan son 24 il ərzində Olimpiada paytaxtı olan ən kiçik şəhərdir. Orada 50 mindən az insan yaşayır. REUTERS/Arnd Wiegmann
Olimpiadanın təşkili və keçirilməsi Cənubi Koreyaya 13 milyard dollara başa gələcək. Bu məbləğ Rusiyanın 2014-cü ildə Soçidə keçirdiyi Olimpiya Oyunlarına xərclədiyindən dörd dəfə azdır. REUTERS/Afolabi Sotunde
Xüsusi olaraq Olimpiada üçün Seuldan Pxençxana və geriyə yeni dəmiryolu xətti çəkilib. Bu yolla şəhərlər arası məsafəni 69 dəqiqəyə qət etmək mümkündür
Amerika yığması 242 idmançıdan ibarətdir ki, bu da Olimpiya Oyunlarının bütün tarixi boyunca komandaların tərkibi üzrə rekorddur. REUTERS/Brendan McDermid
ış Olimpiya Oyunlarında ənənəvi olaraq ən çox diqqət cəlb edən idman növü hokkeydir. Amma NXL oyunçuları Pxençxana gəlməyəcək, bu da Olimpiadada hokkey turnirinin marağını azaldacaq. Bu idman növündə əsas favoritlər Rusiya, ABŞ, Kanada, İsveçrə və Finlandiya yığmalarıdır.
qat dünya çempionu, fransız Marten Furkad biatlonda birinciliyə əsas namizəd olacaq. Bu il 44 yaşı tamam olan əfsanəvi norveçli biatlonçu Uel-Eyner Borndalen Pxençxanda keçirilən oyunlarda iştirak üçün seçimi keçə bilməyib, Rusiyanın ən yüksək yerlər uğrunda mübarizəyə qadir olan bir sıra aparıcı biatlonçusu isə dopinq qalmaqalına görə Olimpiadada iştirakdan kənarlaşdırılıb.
merikalı Lindsi Vonn dağ xizəyi idmanının azarkeşlərinin diqqət mərkəzindədir. 2010-cu il Vankuverdə keçirilən Olimpiya Oyunlarının ikiqat mükafatçısı olan bu idmançı aldığı zədə üzündən Soçi Olimpiadasında iştirak etməyib.
ənubi Qafqaz ölkələrindən Pxençxana 8 idmançı gedib. Onlardan dördü Gürcüstan, üçü Ermənistan, biri Azərbaycandandır.
Cənubi Qafqazdan olan azarkeşlərin bu oyunlarda əsas ümidi fiqurlu konkiçi Moris Kvitelaşviliyə yönəlib. Az əvvələ qədər o, yarışlarda Rusiya bayrağı altında iştirak edirdi, amma 2016-cı ildən Gürcüstanın şərəfini qorumağa başlayıb.