Gürcüstan və Türkiyə iqtisadiyyat, mədəniyyət və kiber-təhlükəsizlik məsələləri ilə bağlı razılığa gəldilər
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili mayın 23-də özünün türk həmkarı Binəli Yıldırımla görüşüb. Daha sonra isə strateji tərəfdaşlıq üzrə ali şuranın görüşü baş tutub, görüşdə iki ölkənin nazirlər kabinetlərinin üzvləri iştirak edib.
Tərəflər iqtisadiyyat, mədəniyyət və kiber-təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə 4 sənəd imzalayıblar.
Baş nazir Giorgi Kvirikaşvilinin sözlərinə görə, azad ticarət haqqında müqavilənin genişləndirilməsi xüsusi maraq kəsb edir. Gürcüstanın baş naziri hesab edir ki, yeni müqavilə Gürcüstan məhsulunun Türkiyə bazarına çıxarılmasını genişləndirmək imkanı verəcək.
Aşağıdakı sənədlər imzalanıb:
“Gürcüstan və Türkiyənin ədliyyə nazirlikləri əməkdaşlıq haqda birgə bəyanat imzalayıblar”;
“Gürcüstanla Türkiyə Respublikası arasında birgə iqtisadi və ticarət komissiyasının (JETCO) təsis edilməsi haqqında” bəyannamə;
“Gürcüstanla Türkiyə Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı”;
“Gürcüstanın Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kiber-təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında memorandum”.
Razılaşmaya əsasən, Gürcüstanla Türkiyə Respublikası gələcək əməkdaşlığın formatını müəyyən edən birgə iqtisadi və ticarət komissiyasını yaradacaqlar.
Gürcüstanın hökumət başçısının sözlərinə görə, dünya qarşısında duran çağırışlar fonunda, regional qeyri-stabillik şəraitində Gürcüstanla Türkiyə arasında yüksək səviyyəli strateji tərəfdaşlıq və siyasi dialoqun dəyəri daha da artır.
“Gürcüstanla Türkiyə arasında uğurlu əməkdaşlıq təcrübəsi və perspektivləri iri nəqliyyat-energetika layihələrində müşahidə olunur. Bakı-Tbilisi-Kars dəmir yolu layihəsini qeyd etməmək olmaz, onun da birinci qolunun planlı buraxılışı 2017-ci ilin yayına nəzərdə tutulub. Bu layihə Cənub qaz dəhlizi ilə birlikdə nəqliyyat marşrutlarının şaxələnməsinə xidmət edəcək və layihə iştirakçıları olan Gürcüstan və Azərbaycan Respublikasının iqtisadi əhəmiyyətini, həm də bizim üçtərəfli tərəfdaşlığımızın əhəmiyyətini daha yaxşı nümayiş etdirir. Bu dəhliz böyük “İpək yolu” layihəsinin bərpa olunmasının çox vacib seqmentidir ki, bu da Çində bir neçə gün bundan əvvəl keçirilən sammitdə bir daha qeyd olunub”, – deyə Kvirikaşvili bildirib.
Türkiyənin baş naziri öz növbəsində Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini vurğulayıb,
“Heç kimin Gürcüstanın ərazi bütövlüyünü və onun suveren hüquqlarını pozmaq hüququ yoxdur. İndi və ya gələcəkdə yarana biləcək istənilən problem ikitərəfli əməkdaşlıq qaydasında tənzimləməlidir, xüsusən də Abxaziya və Sxinvali regionu ilə bağlı olan problemlər”, – Binəli Yıldırımı bildirib.
O, xatırladıb ki, Türkiyədə baş tutmayan hərbi çevrilişdən bir neçə gün sonra Giorgi Kvirikaşvili ölkəyə gəlib və vurğulayıb ki, Türkiyə və türk xalqı bu həmrəyliyi yüksək qiymətləndirir.
Binəli Yıldırım və Türkiyənin nazirlərin kabinetinin üzvləri Gürcüstana mayın 22-də gəliblər. Türkiyə Gürcüstanın ən iri iqtisadi tərəfdaşıdır.