Bayraqlar və Rusiya XİN rəhbərinin eyni gündə Yerevan və Bakıya səfəri haqda
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu eyni gündə, noyabrın 21-də Yerevanda və Bakıda səfərdə olublar və bo ölkələrin liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşüblər.
İki görüşdən sonra Sergey Lavrov jurnalistlərə demək olar ki, eyni şeyi deyib. Əsas məlumat belə olub:
“Üçtərəfli bəyanatın [10 noyabr Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqda razılaşma] alternativsiz olduğu hamı tərəfindən qəbul edilib”,
Həmçinin hər iki paytaxtda Lavrov xəbərdarlıq edib ki, razılaşmanın hər hansı maddəsinə yenidən baxılması uğursuzluğa düçardır.
Jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin isə ən çox marağına səbəb olan bəyanatlar yox, hər iki səfəri müşayiət edən bayraqlarla bağlı hekayə olub.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya nazirləri ilə görüşündə məkanda yalnız Ermənistan bayrağı olub.
Azərbaycan prezidenti İlham Əliyevin həmin nazirlərlə görüşündə isə ümumiyyətlə bayraq olmayıb.
Bayraqlarla bağlı olayı şərh edərkən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan jurnalistlərə bildirib ki, protokol pozuntusu olmayıb.