Ermənistanın baş naziri təkzib edir: vətəndaş müharibəsinə çağırış olmayıb
Ermənistanın baş naziri onlayn mətbuat konfransı keçirib və bəyan edib ki, onun sözlərnini düzgün şərh etməyiblər.
O, gecə yazdığı qalmaqallı statusunu ətraflı təhlil edib. Nikol Paşinyan Facebook-dakı səhifəsində yazıb:
“Mən bu gün ön cəbhədə olan əsgərlərin onlarla videosunu izlədim. Mən bu oğlanların bəsirətinə heyran qaldım. Uşaqlar, siz haqlısınız. Mən sizi Yerevanda gözləyirəm. Divarların altında zingildəyən problemlərin sonadək çözülməsi üçün. Sizinlə fəxr edirəm”.
Ermənistanda bu yazını vətəndaş müharibəsinə, üstəlik baş nazirin opponentləri ilə hesablaşmasına və zorakılğa çağırış kimi qəbul ediblər. Onu ombudsmen qınayıb, ölkə prezidenti təcili çıxış edərək, xalqı təmkinli olmağa çağırıb.
Lakin baş nazir onlayn mətbuat konfransı zamanı aydınlaşdırıb ki, Yerevanda əsgərləri sadəcə onlarla şəxsən görüşmək üçün gözləyir. Əsgərlər Ermənistana silahsız qayıdacaq və o heç kəsi kiminləsə fiziki hesablaşmağa çağırmayıb.
12 erməni dərcinin jurnalistlərinin suallarına cavab verən Nikol Paşinyan həmçinin Qarabağ müharibəsinin yekunlarına, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatına və rusiyalı sülhməramlıların missiyasına toxunub.
Kim günahkardır və nə etməli? Yerevanlı ekspertlər Qarabağ üzrə razılaşma haqqında
Qarabağ üzrə “çətin qərar” alınıb. Müharibə bitəcəkmi?
Baş nazir öz statusunda nə demək istəyib
Nikol Paşinyan vətəndaş müharibəsi istəməsi ilə bağlı ittihamlara şərh verib.
Onun dediyinə görə, əsgərlər cəbhədən silahla qayıtmayacaqlar, odur ki, guya onun vətəndaş müharibəsinə çağırması söhbətinin əsasında heç nə dayanmır:
“Sadəcə indi bütün insanların əsəbi tarıma çəkilib, onlarla manipulyasiya etmək rahatdır”.
Paşinyan izah edib ki, Yerevanda əsgərləri onlarla şəxsən ünsiyyət qurmaq üçün gözləyir:
“İndi hökuməti hansısa qaranlıq sxemlərdə iştirak etməkdə günahlandırırlar. Ön cəbhədə olan hərbçi Qarabağdakı vəziyyəti hər kəsdən yaxşı bilir. Onların çoxu mənimlə görüşmək istəyir və mən buna görə onların qayıtmasını gözləyirəm”.
Paşinyan həmçinin deyib ki, “divarın altında zingildəyənlər” ifadəsini müxalifətə ünvanlayıb.
Qarabağ müharibəsi üzrə bəyanatlar
Ermənistanın baş naziri Qarabağda yaranmış vəziyyətə görə özünü əsas məsuliyyət daşıyan şəxs adlandırıb. Onun dediyinə görə, “cəmiyyət və siyasi qüvvələrlə dürüst və səmimi dialoq qurulması şərti ilə” xalq məhkəməsi qarşısında dayanmağa hazırdır. Lakin bundan əvvəl insanlar onlara hələ məlum olmayan detallardan xəbərdar olmalıdır.
Nikol Paşinyan hesab edir ki, yeni gendəlik qurmaq lazımdır. Bu gündəlikdə əsas yeri Dağlıq Qarabağ statusu məsələsi xüsusi yer tutacaq. İndi bu məsələ hətta xüsusilə kəskin və əhəmiyyətlidir:
“Ən mühüm məsələ Dağlıq Qarabağ əhalisinin Dağlıq Qarabağda yaşamasıdır”.
Bununla yanaşı, onun dediyinə görə, Dağlıq Qarabağın müdafiə ordusu qorunub saxlanacaq və onun suverenliyinin zəmanəti olacaq.
Nikol Paşinyan Şuşa şəhər-qalasının təslim olması məsələsini də şərh edib. Baş nazir qeyd edib ki, erməni hərbi hissələri onun uğrunda sonadək qəıhrəmanlıqla mübarizə aparıb:
“Belə bir dezinformasiya yayılıb ki, guya Şuşa döyüşsüz təslim olub. Əgər şəhər mübarizəsiz təslim olubsa, o zaman yol kənarlarında həlak olmuş erməni hərbçilərinin cəsədləri necə aşkarlanıb? Onlara şəhəri qorumağı kim əmr edib? Əgər şəhər təslim olubsa, onlar niyə döyüşüb?”
O, Rusiyanın sülhməramlı kontingentinin münaqişə zonasına hələ üçtərəfli bəyanata qol çəkilməzdən əvvəl gəlməsi haqda şayiələri də təkzib edib.
Paşinyan həmçinin bəyan edib ki, istefaya getməyə hazırlaşmır, onun gündəliyində bu cür məsələ yoxdur.
Baş nazirin statusunun nəticələri
Paşinyanın statusu gecə dərc olunan kimi müzakirələrə səbəb olub və sərt reaksiya doğurub.
O həmçinin hökumətdə istefalara səbəb olub. Belə ki nazirin ətraf mühit məsələləri üzrə müavini İrina Kaplanyan öz vəzifəsindən imtina edib. Baş nazirin müavini Tiqran Avinyanın aparatının rəhbəri Varaq Siseryan da istefa edib. O həmçinin lideri baş nazirin olduğu “Vətəndaş müqaviləsi” partiyasından çıxdığını bəyan edib.
“Mənim addımım” hakim blokunun üç deputatı – Qayane Abramyan, Taqui Tovmasyan və Lusine Badalyan mandatlarını qoymağı qərara alıb.
“İnsan inkişafı mərkəzi” təşkilatının başçısı, prezidentin ictimai əsaslarla məsləhətçisi Tevan Poqosyan hökumətə istefaya getmək çağırışı ilə çıxış edib:
“Gedin və qoy bu, milli birlik yolunda ilk addım olsun”.