Azərbaycan və Ermənistandan olan hərbi ekspertlər itkilərə dair rəsmi rəqəmlərə inanmır
Qarabağ münaqişəsinin tərəfləri bütün müharibələrdə olduğu kimi öz itkilərinin sayını azaldır və qarşı tərəfdə qurbanların və yaralıların sayını şişirdirlər. Üstəlik hazırda müharibə aktiv fazadadır, buna görə də tərəfləri hərbi itkilərinin dəqiq dəyərləndirməsini vermək mümkün deyil. Bu haqda Ermənistan və Azərbaycandan olan ekspertlər bildiriblər və onların rəylərini “Кавказский Узел” dərc edib.
Münaqişə tərəfləri şüurlu şəkildə öz itkiləri haqda məlumatları təhrif edirlər ki, öz ordularını ruhdan salmasınlar və xalqın vətənpərvərlik əzmini qırmasınlar, rəqibin ordusunda əminliyi sarsıtmaq və xalqının öz ordusuna inamını azaltmaq üçün isə qarşı tərəfin itkilərini şişirdirlər – Azərbaycan Müdafiə Nazirliyi İnformasiya Analitik İdarəsinin keçmiş əməkdaşı Azad İsazadə hesab edir.
• Cənubi Qafqazda kim rəqabət aparır: Azərbaycan və Ermənistan, yoxsa Pitin və Ərdoğan? Şərh
• Bakıdan şərh: “Müharibə hər iki xalqa bəla gətirəcək”
• Qarabağdan şərh: “Eskalasiyanın spesifikliyi onun nəticəsini müəyyən edə bilər”
Onun sözlərinə görə Azərbaycan ilk dəfə hərbi itkilər hada məlumat vermir, halbuki 1992-1994-cü illərdə də, 2016-cı ilin aprelində də Azərbaycan ordusu bu məlumatları açıqlayırdı.
“Bu dəfə görünür ki, məlumat verməmər və informasiyanı hərbi əməliyyatların sonunda açıqlamaq qərarına gəliblər. Beynəlxalq təcrübədə belə hallar olub. Əlbəttə ki, itkilər var. Bakıda, rayonlarda həlak olanların dəfni ilə bağlı məlumatlar yayılır. Yaralılar var və prezident İlham Əliyev özü az əvvəl yaralılara hospitalda baş çəkib”, – İsazadə “Kavkazskiy uzel” nəşrinə bildirib.
O, hətta itkiləri də təqribi dəyərləndirməyə çətinlik çəkib, amma qeyd edib ki, hər bir tərəf öz itkiləri haqda dəqiq məlumata sahibdir.
Amma rəqibin itkilərinə gəlincə, dəyərləndirmələr təqribidir, xüsusən də müasir müharibələrdə, döyüşlər çox vaxt distant şəraitdə getdiyi zaman.
Onun fikrincə, müstəqil müşahidəçilər də tərəflərin itkilərini elə onların öz göstəriciləri və hansısa dolayı göstəricilərin, məsələn, məhv edilmiş hərbi texnika heyətinin və ya bronitexnika ekipajlarının sayı əsasında təqribi hesablaya bilər.
“Hərbi hüquqşünaslar” qeyri-hökumət təşkilatının sədri Telman Əbilov da bildirib ki, tərəflər rəqibin itkilərini şişirdir, özününkünü isə azaldırlar. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın itkiləri həddən artıq şişirdir.
“Onlar Azərbaycan tərəfindən az qala 1300 nəfərin öldüyünü deyirlər, amma səhih sübutlar təqdim etmirlər. Azərbaycanın Müdafiə Nazirliyi öz saytında və Telegram kanalında, əksinə, hər gün komanda məntəqələrinin, avtomobil kolonlarının, bronitexnikanın, silah anbarlarının və digər obyektlərin darmadağın edilməsi ilə bağlı videolar nümayiş etdirir. Kadrlara bilavasitə şəxsi heyətin məhv edilməsi də düşür”, – Əbilov deyib.
İndi müharibə aktiv fazadadır və tərəflərin itkiləri ilə bağlı dəqiq dəyərləndirmə aparmaq mümkün deyil – Ermənistanın “Razm.info” hərbi xəbər agentliyinin hərbi eksperti hesab edir.
Münaqişə zonasında əcnəbi jurnalistlərin və müşahidəçilərin olması baş verənlərin düzgün dəyərləndirməsini əldə etməyə qismən imkan verib – o düşünür.
Onun fikrincə, Dağlıq Qarabağ Müdafiə Nazirliyinin Azərbaycan ordusunun itkiləri haqda məlumatları realdır, amma müəyyən qeyri-dəqiqlik ola bilər.
“Döyüşlərin altıncı günü məhz Azərbaycanın hücuma keçdiyini nəzərə alsaq, əlbəttə ki, onların döyüş itkiləri Artsaxın müdafiə ordusunun itkilərindən dəfələrlə çox olacaq”, – hərbi ekspert hesab edir.
O, Azərbaycanın Dağlıq Qarabağ müdafiə ordusunun bütöv bir hissəsinin məhv edilməsi haqda məlumatını uydurma adlandırıb.