Parlament seçkiləri rəqəmlərdə
- 8 oktyabr 2016-cı ildə Gürcüstan əhalisi 9-cu çağırışda parlament üzvlərini seçəcək
- Son məlumatlara görə, (1 may 2016-cı il) Gürcüstanda 3 473 316 seçici var.
- Seçkilərdə iştirak üçün ixtisaslaşmış və ixtisaslaşmamış (parlamentdə nümayəndəliyi olmayan) seçilən subyektlər avqustun 1-dən gec olmamaq şərtilə müvafiq ərizə ilə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə müraciət etməlidir.
- Bundan sonra onlar tərəfdar siyahısı üçün xüsusi blanklar alacaqlar. İxtisaslaşmış subyektlər 1000 seçicidən – tərəfdardan az olmayan siyahı, ixtisaslaşmamış subyektlər isə 25 min imza təqdim etməlidirlər. Siyahıları avqustun 15-nə qədər təqdim etmək lazımdır.
- Hələlik MSK-ya nə hakim “Gürcü arzusu, nə də əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat müraciət etməyiblər. İxtisaslaşmış subyektlər MSK-ya seçkilər təyin olunan gündən etibarən, seçkilərə azı 57 gün qalmış müraciət edə bilərlər.
- Son məlumatlara görə, MSK-ya artıq 26 siyasi partiya müraciət edərək, seçkilərdə iştirak etmək istəyini bildirib, onlardan beşi artıq qeydiyyatdan keçib. İndiyə qədər artıq “Xalq hakimiyyəti, “David Tevzadze – Gürcüstan sülh üçün, “Allahın adı ilə Zviadın yolu, “Gürcüstan, “Birləşmiş demokratik hərəkat qeydiyyatdan keçiblər.
- Parlamentə keçmək üçün istənilən partiya 5 faizlik seçki baryerini keçməlidir.
- Majoritar dairədə qalib həmin məntəqədə səs verən seçicilərin 50%-dən çoxunun səsini toplayan namizəd hesab olunacaq.
- Gürcüstan parlamentində 150 deputat var. Konstitusiyaya əsasən, proporsional sistem üzrə 77, majoritar sistem üzrə isə 73 deputat seçiləcək.
- Qanunvericiliyə əsasən, yaşı 21-dən az olmayan və seçki hüququ olan istənilən Gürcüstan vətəndaşı parlament üzvü ola bilər.
- 113 üzvü deputat seçilən partiya parlamentdə konstitusion çoxluğu təşkil edəcək.
- Qanunvericiliyə əsasən, baş nazir və hökumətin seçilməsi üçün çoxluq, yəni 150 səsdən 76-sı lazımdır.
- Seçkilər günü, oktyabrın 8-də 00:00-dan etibarən televiziya və radioda pullu və pulsuz siyasi reklamın yerləşdirilməsi dayandırılır. Bundan əlavə, səsvermənin keçirildiyi binada da təşviqat qadağandır.
- Səsvermə 20:00-da dayandırılır. Buna qədər seçkilərlə bağlı istənilən ictimai sorğunun nəticələrinin açıqlanması qadağandır.
- Qanunvericiliyə əsasən, son parlament seçkilərində ən yaxşı nəticə əldə edən və birinci 3 yeri tutan siyasi partiyalar seçki nömrələrini saxlamaq haqqına malikdir. Yerdə qalan siyasi partiyalar nömrələri random püşk atması nəticəsində alacaq.
- Seçkilərdə iştirak edən partiyalar MSK-ya seçkilərə 30 gündən az qalmamaq şərtilə partiya siyahılarını təqdim etməlidir.
- Seçkilərdə iştirak etməyi planlaşdıran nazirlər MSK-ya partiya siyahıları təqdim olunana qədər tutduqları vəzifədən istefa verməlidir.
- Digər siyasi subyektlərin belə bir məhdudiyyəti yoxdur və onlar seçkiqabağı kampaniyanı ona ayrılan bütün müddət ərzində həyata keçirə bilər.
- Bunların arasında Gürcüstan prezidenti, baş nazir, hakimiyyət və parlament nümayəndələri, Acariya Muxtar Respiblikası və Abxaziya Muxtar Respublikası hakimiyyətinin nümayəndələri, seçilən merlər və qamqebelilər (administrasiya rəhbərləri) və sakrebulo (yerli özünü idarəetmə orqanı) üzvləri var, çünki onlar siyasi vəzifə tutan şəxslər sayılır.
- Bu gündən etibarən təkcə İctimai yayımçıya deyil, KİV-in hamısına münasibətdə məhduddiyət qoyulur – siyasi reklamın yerləşdirilməsi zamanı bu və ya digər KİV-in rəhbərliyi Kommunikasiyalar Üzrə Milli Komissiyanı bu haqda məlumatlandırmalıdır. Bütün siyasi partiyalar üçün reklamın qiyməti eynidir.
Dərc olunub 08.06.2016