Gürcüstanın baş naziri istefa verdi
Dekabrın 23-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili iki il bu vəzifədə çalışandan sonra postdan istefa verdiyini bəyan etdi.
“Bu vəzifədən getsəm də, vətənimin sadiq əsgəri olaraq qalıram, – İrakli Qaribaşvili öz telemüraciətində dedi.
ირაკლი ღარიბაშვილმა თანამდებობა დატოვა
ირაკლი ღარიბაშვილმა თანამდებობა დატოვა http://rustavi2.com/ka/news/34969http://rustavi2.com/ka/video/2548?v=1
Posted by Rustavi 2 on ოთხშაბათი, 23 დეკემბერი, 2015
“Səmimiyyətlə demək istəyirəm ki, mənim üçün bu vəzifələr, istər daxili işlər naziri, istərsə də baş nazir postu ümumilikdə heç vaxt hakimiyyətdə qalmaq üçün məqsəd olmayıb. Mənim üçün bu, sadəcə ölkəmə və əziz xalqıma xidmət etmək üçün bir vasitə olub. Bu, mənim siyasi əqidəmdir. Məhz mənim komandam bu cür siyasi mədəniyyəti aşılamağa başladı, – o bildirdi.
“Demokratiyamız hələ gənc olduğu üçün, övladlarımıza hansı nümunə qoyacağımız, gələcək nəslə hansı nümunə verəcəyimiz böyük əhəmiyyət kəsb edir. Vəzifələr müvəqqəti şeydir, mənim əzizlərim. Daimi olan Tanrı və vətəndir. Buna görə də bu gün mən baş nazir vəzifəsindən getmək qərarını verdim, – deyə o bildirdi.
“İndi ölkəmizin daxili və xarici istiqamətləri möhkəmlənəndən sonra mən gələcək baş nazirə uğurlar arzulamaq istəyirəm, – varisinin adını açıqlamayan baş nazir dedi.
Gürcüstan qanunvericiliyinə görə, baş nazirin istefa verməsi hökumətin digər üzvlərinin də səlahiyyətlərinin bitməsi deməkdir. Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan prosedura əsasən, prezident formal olaraq baş nazir vəzifəsinə namizəd irəli sürür, bu namizədi ona “Gürcü arzusunun parlament çoxluğu təqdim edir. Baş nazir vəzifəsinə namizəd isə öz növbəsində, özünün nazir vəzifələrinə namizədlərini seçir və hökumət proqramı ilə birlikdə təsdiq üçün Parlament qarşısına çıxır. Bunun üçün ən azı 76 deputatın dəstəyinə ehtiyac var.
Qaribaşvilinin mümkün istefası haqda gürcü KİV-i hələ çərşənbə günü səhərdən xəbər verirdilər. Bu xəbərlərə əsasən, bu vəzifəyə “Gürcü arzusu xarici işlər naziri və baş nazirin müavini, əvvəllər iqtisadiyyat naziri postunu tutan Georgi Kvirikaşvilinin namizədliyini irəli sürə bilər.
Qaribaşvili 2013-cü ilin noyabr ayında baş nazir olub, o bu postda Bidzina İvanişvilini əvəz etdi, buna qədər isə bir il ərzində o Gürcüstan DİN-nə başçılıq edib. Siyasətə o Bidzina İvanişvili ilə birlikdə 2011-ci ildə səkkiz il ərzində onunla birlikdə işləyəndən sonra gəlib.
“Cənab Bidzina İvanişvili özünün populyarlıq və siyasi nüfuzunun ən zirvə nöqtəsində olarkən misli görünməmiş addım ataraq, öz qərarıyla vəzifədən gedəndən sonra öz nümunəsində siyasətçinin həm özünün vaxtlı gəlişi, həm də vəzifədən vaxtlı gedişi ilə ölkəsi üçün necə faydalı iş görməli olduğunu göstərdi, – Qaribaşvili bildirdi.
Özünün beş dəqiqəlik müraciətinin əvvəlində nail olunan “tarixi nəticələrdən danışan baş nazir istefasının konkret səbəblərini açıqlamadı. “
“Hər bir adamın seçim etmək azadlığı var. Bu günə qədər mənim hər bir addımım seçimimin üzərimə qoyduğu məsuliyyətdən irəli gəlirdi. Həm ailə qurmaq, həm karyera ya da siyasətə keçmək barədə qərar qəbul edərkən, yəni o vaxt biz ölkəmizin xilası naminə Bidzina İvanişvilinin ətrafına yığışdıq, – o dedi.
“Bizim 2012-ci ildəki mübarizəmiz xalqımızın qələbəsi ilə bitdi. Mən həqiqətən də qürurluyam ki, ölkəmiz və xalqımız qarşısında belə böyük bir məsuliyyəti öz üzərimə götürmək və komandamızla birlikdə ölkəmizin rifahı naminə başlanan işi davam etdirmək şansım oldu.
“Mənim baş nazir vəzifəsini tutduğum müddətdə ölkəmizdə sülh və stabillik, qanunilik və humanizm möhkəmləndi. Biz vətəndaşlarımıza ən əsas olan şeyi – azadlıq və ləyaqətini qaytardıq. Bundan başqa, həyata keçirdiyimiz geniş miqyaslı islahatlar və misli görünməmiş hökumət proqramları nəticəsində biz iqtisadi və sosial rifah üçün möhkəm əsas qoyduq, -Qaribaşvili dedi.
“Biz həm də tarixi nəticələrə nail olduq: Avropa Şurası ilə assosiasiya müqaviləsi imzaladıq, bundan başqa vətəndaşlarımız üçün vizasız rejimə razılıq aldıq, bununla da ölkəmizin Avropa ailəsinə daimi inteqrasiyasına nail olduq, – o qeyd etdi – “Bu gün bizim insana və praqmatik siyasətə istiqamətlənən Avropa perspektivimizlə bizim abxaz və osetin qardaşlarımızla sülh şəraitində yaşamağımız üçün real əsaslar formalaşır.
“Biz ölkəmizin tarixi funksiyasının bərpası üzərində işə başlamışıq – Gürcüstan beynəlxalq İpək yolu layihəsinə fəal şəkildə qoşulub və real olaraq Asiya ilə Avropa arasında əlaqələndirici halqaya çevrilir, – deyə o bildirdi.
İrakli Qaribaşvili birlikdə “çoxlu sayda yaxşı iş gördüyü bütün adamlara təşəkkür etdi.
Gürcüstan Konstitusiyasına görə, hökumətin səlahiyyətləri bitdiyi halda prezident vəzifələrin icrasını yeni hökumət qurulana qədər hökumətin köhnə tərkibinə həvalə edir.