Prezident yoxsa parlament?
20:00 / 7 dekabr
Ermənistan MSK konstitusiya referendumunun ilkin nəticələrini elan edib. Konstitusiyaya dəyişikliklər edilməsinin “lehinə 825 622, “əleyhinə 421 593 seçici səs verdi. Bu o deməkdir ki, Ermənistan yarıprezident üsul-idarəsindən parlament üsul-idarəsindən keçməyin xeyrinə səs verib.
____________________________________________________________________________________________________________________________
20:00 / 6 dekabr
Səsvermə bitib, seçki məntəqələri səslərin hesablanmasına başlayır.
__________________________________________________________________________________________________
19:00 / 6 dekabr
Səsvermə zamanı yol verilən pozuntular haqqında Ermənistan KİV-i nə yazdı
Ermənistanın şəbəkə resursları bütün səsvermə prosesi boyu fəal olaraq seçki məntəqələrindən informasiya ötürürdülər. Onların müxbirləri bu haqda bunları yazdı – sadalama şəklində:
1. konkret məntəqənin seçici siyahısında başqa ünvanda qeydiyyatda olan sakinlər aşkar edildi
2. seçki məntəqəsinin sədri jurnalistə çəkiliş aparmağa imkan vermədi
3. “seçki rüşvəti paylanırdı
4. yerli özünüidarə etmə orqanlarının nümayəndələri seçki məntəqələrinin komissiya üzvlərinə təsir göstərməyə çalışırlar
5. müvəkkillər komissiya üzvlərini dilə tuturlar ki, bir seçiciyə özüylə pasportlarını gətirdiyi başqa vətəndaşların yerinə də səs verməyə imkan versinlər
6. müşahidəçilər əlavə fikir və söhbətlərə yol verirlər
7. komissiya sədri müşahidəçilərin işinə mane olurdu
8. səsvermə sirrinin pozulması
9. avtomobillər (misal üçün, konkret şirkətin taksisi) seçiciləri məntəqələrə çatdırır
10. seçki qutularına qeyri-qanuni olaraq bülletenlər atılır.
______________________________________________________________________________________________________________________________________________
17:00 / 6 dekabr
MSK-nın 17.00-a olan məlumatına görə, səsvermədə 1 milyon 5 min 333 insan iştirak edib, bu da seçicilərin ümumi sayının 39,17 faizini təşkil edir.
__________________________________________________________________________________________________
Polisin məlumatına görə, seçicilərin sayı 2 milyon 550 min 323 nəfə təşkil edir. Seçicilərin əksəriyyəti konstitusiya dəyişikliklərinə “hə desə, Ermənistan yarı-prezident üsul-idarəsini parlament üsul-idarəsinə dəyişəcək.
Seçkilərin gedişatını 18 yerli təşkilatı təmsil edən 3006 və beynəlxalq təşkilatlardan 123 müşahidəçi izləyəcək.
1997 məntəqədə seçkilər 8.00-da başlayıb və 20.00-da başa çataca. Ermənistan MSK hər 3 saatdan bir seçkilərin gedişatı haqqında məlumat verəcək. JAMnews müxbirləri də hadisələri izləyəcək.
JAMnews müxbiri Alidzor kəndində, Sünik vilayətinin 37/27 seçki məntəqəsində referendumun gedişatı haqqında məlumat verir:
“Bu məntəqənin seçicilərinin sayı 442 nəfərdir. Seçicilər deyir ki, referendumun nəticələrinə görə Konstitusiyaya edilə biləcək dəyişikliklər haqqında heç bir məlumata malik deyillər. Onların sözlərinə görə, onlar “sadəcə seçkilərə gəliblər.
Sosial şəbəkələrdən olan informasiya
Jurmalistlər elə indicə ilur.am ssytının müxbirinin fotokamerasının sındırılması haqqında video-material yaydılar. Hadisə 10/20 seçki məntəqəsində baş verib, (İrevan, 114 saylı məktəb). Jurnalistə qarşı zorakılıq göstərən Ermənistanın Respublika Partiyasının müvəkkili polis şöbəsinə gətirildi.
Şirak vilayətində referendumla eyni vaxtda seçkilər də keçirilir
JAMnews müxbiri xəbər verir: “Konstitusion dəyişikliklər üzrə referendumla paralel olaraq, Şirak vilayətinin 10 icmasında yerli özünüidarə orqanlarına seçkilər keçirilir. 7 kənddə (Gehanist, Qarnariç, Şirak, Pemzaşen, Basen, Tufaşen və Vaqramaberd) icma rəhbəri seçirlər, iki kənddə (Anuşavan və Arevik) – kənd şurasının seçkiləri keçirilir, bir icmada da (Nahapetavan) həm kənd başçısı, həm də kənd sovetinin seçkiləri keçirilir. Beləliklə, ilk 9 icmada komissiya iki qat yüklə işləyəcəyi halda, Nahapetavanda səsvermə bitəndən sonra üç seçki qutusundan bülletenlər sayılacaq.
__________________________________________________________________________________________________
Referendum ərəfəsində bu mövzunun ətraflı təhlili burada, burada.