Akvarium və sehrli düymə
Bu video Xədicənin həbs olunduğu gün – 5 dekabr 2014-cü ildə dərc edilib. Bakının Səbayıl rayon məhkəməsi ona “ölüm həddinə çatdırma maddəsiylə ittiham irəli sürərək, barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçdi. Bu video həbs günü dərc edilib. Videoda vəkil Elton Quliyev deyir ki, Xədicə öz həbsini peşəkar fəaliyyətiylə əlaqələndirir və onlar məhkəmə qərarından şikayət vermək niyyətindədirlər. Sonradan bu ittiham ləğv edildi, amma yeniləri ortaya çıxdı…
Bakı Apelyasiya Məhkəməsi qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə və israf etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə 7,5 il müddətinə həbs olunan jurnalist Xədicə İsmayılovanın şikayətinə baxdı. İsmayılova ittihamları qəbul etmir və hesab edir ki, onun həbsi və irəli sürülən ittihamlara səbəb onun Əliyevlər ailəsinin mülkü ilə bağlı araşdırması oldu.
Apelyasiya şikayəti üzrə məhkəmə prosesi hakim İlqar Murquzovun sədrliyi ilə keçdi.
Xədicə İsmayılovanın özü ruh yüksəkliyini saxladı. Prosesdə o daimi gülümsəyir. İclasın əvvəlində və axırında bütün tanışlarına əl edir, öpüşlər göndərirdi, həm də zalda oturan rəfiqəsini ad günü münasibətiylə təbrik etdi.
Xədicə İsmayılovanın işi üzrə həyata keçirilən prosesi izləmək üçün apelyasiya məhkəməsi binasının qarşısına əllidən çox insan gəldi – jurnalistin qohumları, media, vətəndaş cəmiyyəti nümayəndələri, ABŞ və Almaniya səfirliyinin əməkdaşları. Binaya 30-a yaxın adam, o cümlədən də xarici diplomatlar buraxıldı. Qalanları iclasın sonuna qədər BAM-nin həyətində gözlədilər.
Prosesi izləmək istəyənləri növbəti dəfə əvvəlcə BAM-nin bir zalına apardılar, sonra da artıq Xədicə İsmayılovanın şüşə qəfəsdə – “akvariumda olduğu başqa bir zala apardılar.
Prosesin əvvəlində vəkil Fariz Namazlı Xədicə İsmayılovaya müdafiəçilərinin yanında oturmağa icazə verilməsi ilə ilə bağlı vəsatət verdi. Amma prokuror Abbas Abbaslı buna qarşı çıxdı. Hakim vəsatəti təmin etmədi və bunu “beynəlxalq təcrübə və “İsmayılovanın özünün təhlükəsizliyi məsələsi ilə əsaslandırdı.
Xədicə İsmayılova öz növbəsində ona vəkillərlə konfidensial məsləhətləşmələr aparılması üçün imkan yaratmağı xahiş etdi və hakimdən tələb etdi ki, mühafizə əsgərləri onun müdafiəçilərlə söhbətinə qulaq asmasınlar.
Hakim 10 dəqiqəlik fasilə elan etdi.
Vəkillər Fariz Namazlı, Cavad Cavadov və Fəxrəddin Mehdiyev şüşə qəfəsə daxil olanda serjant rütbəli məhkəmə icraçısı “akvariumun içərisində qapının ağzında dayandı. Xədicə İsmayılovanın iradından sonra leytenant rütbəli icraçı serjanta dedi: “Ora bax, amma qulaq asma. Bu da auditoriyada gülüşə səbəb oldu.
Xədicə İsmayılova Barbara Qoldsmitin 2015-ci il “Yazmaq azadlığı mükafatına layiq görülüb
İclas yenidən başlayandın sonra Xədicə İsmayılova bildirdi ki, onun apelyasiya şikayətinə şifahi əlavəsi var. “Məhkəmə ittihamında deyilir ki, adıma heç bir əmlak olmadığına görə heç nə müsadirə olunmur. Düzü, buna görə çox pis oldum. Ölkədə vəziyyət ağırdır, neft ucuzlaşıb, buna görə də mən könüllü surətdə müsadirə oluna biləcək əmlakım haqqında məlumat vermək qərarına gəldim, – müttəhim kinayəylə dedi.
Daha sonra o qeyd etdi ki, Londonun prestijli rayonunda mülkü var. Amma hakim İsmayılovanın sözünü kəsərək, ondan mahiyyəti üzrə danışmağı tələb etdi. Müttəhim sözünə davam etmək istəyəndə isə hakim mikrofonu söndürdü və zal artıq İsmayılovanı eşitmirdi. “Barənizdə əmlak müsadirəsi yoxdur. Buna görə də mahiyyəti üzrə danışın. Şou yaratmayın, – hakim Murquzov dedi.
Sonra hər şey gözlənilən ssenari üzrə getdi. Ismayılovanın vəkilləri istintaqın gedişində yo verilən pozuntulardan və ittihamların absurd olmasından danışdılar. Onlar Xədicə İsmayılovanı azad etməyi tələb etdilər. Xədicəyə söz veriləndə hakim yenə də həvəslə “sehrli düymədən istifadə edərək, onun mikrofonunu söndürür və “mahiyyəti üzrə danışmağı tələb edirdi.
Bakıda keçirilən Avropa oyunları həbsdə olan jurnalistlərə diqqət yetirmək üçün daha bir səbəb oldu
Xədicə İsmayılova Baki Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının qeyri-obyektiv keçdiyini bildirdi. “Ümumiyyətlə cinayət hadisəsinin baş verib-vermədiyini müəyyən etmək lazımıydı. Əslində məni redaktor fəaliyyətimə, İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığıma görə həbs ediblər. Bunu mənə əvvəlcədən desəydilər, heç apelyasiya şikayəti də verməzdim, – İsmayılova dedi.
Hakim yenidən onun sözünü kəsərək, mahiyyəti üzrə danışmağı tələb etdi. Cavabında jurnalist mahiyyəti üzrə danışdığını bildirdi. “16 cildlik işdə mənimsəmə haqqında yazılsa da, nəyi mənimsədiyim elə də müəyyən olunmayıb. – İsmayılova bildirdi və qeyd etdi ki, Londondakı daşınmaz əmlak onun deyil, İlham Əliyevin böyük qızı Leylanındır. Hakim jurnalistin sözünü kəsdi və daha söz vermədi.
Dövlət ittihamçısı Abbas Abbaslı bildirdi ki, İsmayılovaya irəli sürülən ittihamlar sübuta yetirilib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağı xahiş etdi.
Şikayət rədd edildi və birinci instansiya məhkəməsinin qərarı dəyişiklik edilmədən qüvvədə qaldı.
Məqalənin hazırlanmasında “Кавказский Узел saytının materiallarından istifadə olunub.