Rus-türk problemlərinin Ermənistanda əks-sədası
Rusiyada ermənilərin susma səbəbləri, Ermənistanda isə rusların eyni səhvlərə yol vernə səbəbləri maraqlandırır
Rusiyayla Türkiyə arasındakı münaqişə bütün Cənubi Qafqaz üçan ciddi problemə çevrilə bilər, amma ən agır zərbə Ermənistana dəyə bilər. Rus-türk gərginliyi kontekstində Ermənistanda hətta Ermənistan-Türkiyə sərhəddində problemlərin yaşanma ehtimalı haqqında da danışılırdı. Həm də bütün bu günlər ərzində rusiyalı siyasətçilər utanmadan Türkiyəyə qarşı erməni amilinin istifadəsinin vacibliyindən danışırdılar.
Aleksey Navalnı ö bloqunda yazdı:
‘Mənə elə gəlir ki, bizim ilk addımımız bütün bu toyuq və turistlərlə bağlı riyakar cəfəngiyyat yerinə erməni soyqırımının tanınması olmalıdır. Bu ideal fürsətdir və məhz siyasi, amma Türkiyə üçün olduqca ağrılı ölçüdür. Bu məhz ‘belə oldu? onda biz də…’ söhbətlərindəndir və böyük rezonansa səbəb olacaq. Çox yazırlar ki ‘bəs vikipediya yazır ki, erməni soyqırımını tanıyıblar’.
Düzdür, Dövlət Dumasının soyqırımı pisləyən 1995-ci il tarixli bəyanatı var. Amma axı biz siyasi rəmzlik barədə danışırıq. Erməni soyqırımını sonsuz dəfə tanımaq olar (bəzi ölkələr belə də edir). Tanımağın səviyyəsini artırmaq olar. Fransadakı kimi soyqırımın inkarına görə cəzalandırmaq olar. Soyqırımı tanımayan ölkələri pisləmək olar. Tanımaq və məsuliyyət daşımağı tələb etmək olar. Anma günlərini təsis etmək olar. Beynəlxalq tanınma üzərində işləmək olar. Axı bu diplomatiyadır, simvollar, ictimai fikir və başqa bu cür materiyalardır. Türkiyə üçün bu tərəfə növbəti və açıq addım çox, çox ağrılı olacaq’.
Sözdən işə keçdilər, Dövlət Dumasına Osmanlı imperiyasında erməni soyqırımının inkarına görə beş illik həbs cəzası haqqında qanun layihəsi daxil oldu. Bütün bunlar Ermənistanın diqqətindən kənarda qalmadı, amma sevinc əvəzində təəccüb, anlayışsızlıq və qınaqla qarşılandı. Və adəti üzrə ən emosional cavablar sosial şəbəkələrdə yayıldı.
İzabella Abqaryan: ‘Əcdadlarımızın cəsədləri üzərində şantaj istənilən ölkə tərəfindən iyrənc və ürək bulandırıcıdır’.
Nikolay Tarasyan: ‘Ruslar erməniləri Türkiyə ilə davalarına çəkmək məsələsində ağını çıxarıblar. Bütün bu gözlənilməz mediaflirt o dərəcədə sünidir ki, hətta ən Rusiya pərəst insanların gözlərini qabar edir. Bütün bu jirinovskilər, solovyovlar, mironovlar və başqaları anlamalıdırlar ki, ən azı soyqırım mövzusuna dəymək olmaz. Artşq hamıya aydındır ki, ermənilər üçün ən ağrılı məsələni sadəcə Türkiyəni özündən çıxarmaq üçün istifadə edirlər. Əgər sonradan tanımamağa görə məsuliyyət haqqında qanun layihəsini qəbul etməmək, ləğv etmək fikrinə düşsələr ya da təxirə salsalar reputasiya itkiləri çox böyük olacaq’.
Samvel Martirosyan: ‘Rusiya mətbuatı və bloqlarda suaç verməyə başladılar ki, ermənilər niyə susur? Suala sualla cavab verəcəm: bəs ruslar niyə öz səhvlərindən nəticə çıxarmırlar? Rusiya heç kimlə türklərlə döyüşdüyü qədər döyüşməyib: ‘Ümumilikdə, Rusiya-Türkiyə müharibələri 351 illik dövrü əhatə edir (1568-1918). Bu dövr ərzində Rusiya ilə Türkiyə 69 il ərzində müharibə şəraitində olublar. Orta hesabla, bir rus-türk müharibəsini digərindən cəmi 25 il ayırır’.
Bununla belə, hər dəfə bir-birinin qucağına atılır, qardaş sevgisi andlarına inanırlar. Eyni səhvlərə bu qədər yol vermək olar, bizim solğun bənizli qardaşlarımız? Ermənilərsə susmur. Ermənilər artıq neçə vaxtdır qışqırırlar ki, Türkiyənin siyasətinə inanmaq olmaz’.
Siyasətçilərdən baş verən vəziyyətlə bağlı bu an Ermənistanın nə etməli olması haqqında fikri müxalifətçi Aşot Manuçaryan səsləndirdi: ‘Bütün ermənilər birləşməli, sonra da Rusiyayla strateji ittifaqı, qarşılıqlı münasibətləri konkretləşdirməli, iki tərəfli öhdəlik və məsuliyyəti dəqiqləşdirməli, bundan başqa, İran, Çin, Avropa və niyə də olmasın – ABŞ-la dərin münasibətlər qurmalıdır’.
Bundan başqa, Manuçaryan bəyan etdi ki, Ermənistan hökuməti öz ölkəsi və millətinin qeydinə qalmasa, bununla dövlətin gələcəyinə görə həqiqətən də narahat olanlar edəcək.