İŞİD-in Gürcüstanın ünvanına hədəsi
23 noyabr tarixində yayımlanmış video –mürəciətdə əllərində Kalaşnikov avtomatı tutan 4 döyüşçü görünür. Onlar gürcü və ərəb dillərində danışır və şivələrindən Gürcüstanın qərb bölgələrindən olduqları anlaşılır. Döyüşçülər Qurandan sitatlar gətirir və Gürcüstanda yaşayan müsəlmanları xəlifəlik adlandıran dövlətə qoşulmağa dəvət edirlər.
‘Gürcü xalqına mürəciət’, adlanan və 12 dəqiqə 34 saniyə olan video-müraciət HD formatındadır.
Döyüşçülər Gürcüstandakı müfti və mollaları yalançı qullar adlandırır və İslam dininə mənsub olduqlarını deyən şəxsləri cəzalandıracaqları ilə hədələyirlər.
“Mən həmçinin uzun illərdi islama qarşı aktiv şəkildə vuruşan Gürcüstandakı imansızlara səslənirəm. İstər İraqda olsun, istər Əfqanıstanda, fərq etməz bir gün etdiyiniz əməllər elə sizin özünüzə qarşı yönələcək. Bütün etdiklərinizə görə öz düşüncənizdəki kimi yox, Allahın qanunları ilə mühakimə olunacaqsız…
Düşünürsüz ki, biz Gürcüstandan uzaqdayıq və xəlifəlik Gürcüstana gəlib çatmayacaq? Lakin, yadınıza salın ki, nə vaxtsa Gürcüstanda da xəlifəlik olub və onda gürcü xalqı indi Gürcüstanda yaşayan, dövləti idarə edən, dinimizlə mübarizə aparan İslam düşmənlərindən fərqli olaraq, daha güclü və qoçaq olub. Biz tezliklə gələcəyik, bu sizin düşündüyünüzdən də tez baş verəcək. Hamınızı allahın qanunları ilə cəzalandıracayıq,- videoçarxda deyilir.
Video-müraciət JAMnews –un adını çəkmək istəmədiyi gürcü xilafətinin saytında yayımlanıb.
Qeyd etdiyimiz sayt bu ilin senytabr ayında açılıb və hüqüqmühafizə orqanlarının diqqətini çəkib. Bir neçə gün əvvəl Milli Təhlükəsizlik nazirinin köməkçisi Levan İzoriya saytın bağlanması üçün məhkəməyə müracət edəcəyini bildirsə də, sayt hələ də fəaliyyətinə davam edir.
Dörd oğlandan birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. O 1993 cü il təvəllüdlü, Acariya sakini Xviça Qobadzedir. Onun atası artıq KİV-ə bu məsələni şərh edib. Onun bildirdiyinə görə, dövlət 4 nəfərin təhdidindən qorxmamalıdır. Şünki o ABŞıla müttəfiqdir və Rusiya ilə qonşudur. İlya Qobadze bildirir ki, onun oğlu fundamentalist islamçılardandır.
“Niyə ABŞ-ın müttəfiqi və Rusiyanın qonşusu olan dövləti adamın təhdidi belə qorxudur. Mənim oğlumun heç vaxt radikal baxışları olmayıb, o Məhəmməd peyğəmbərin gətirdiyi İslamın davamçısıdır, – İlya Qobadze bildirir.
Dövlət Təhlükəsizlik Xidməti video ilə bağlı araşdırmaya başlayıb. Dövlət Təhlükəsizlik Xidməti KİV-ə müraciət ünvanlayaraq, dövlətin təhlükəsizliyi baxımından təhdid yayan materialların yayılmasında iştirak etməməyə çağırıb:
“KİV nümayəndələrini dövlət təhlükəsizliyi maraqlarını əsas tutaraq təhdid video-müraciətlərinin internet məkanında yayılmasına şərait yaratmamağa çağırırıq.