İslamçılar müharibə yolunu seçdilər
Müsəlmanlar rəsmi açıqlamalara əsasən xuliqanlığa görə saxlanılmış Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azad olunmasını tələb edirdilər. Etirazçılar polis tərəfindən dağıdılmış, bəziləri saxlanılmışdır. Məhkəmə qərarına əsasən Elçin Qasımov “polisə müqavimət maddəsi ilə 30 gün azadlıqdan məhrum edilmişdir.
Elçin Qasımov
Qasımovun vəkili Cavad Cavadov bildirir ki, məhkəmə qərarı onun iştirakı olmadan verilmiş və ona müştərisi ilə təklikdə görüşə icazə verilməmişdir. O appelyasiya şikayəti verəcəyini bəyan edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Müsəlman Birliyi Hərəkatının rəsmi qeydiyyatdan keçməmiş və din adıyla öz siyasi məqsədlərini güdən qurum olduğunu bəyan etmişdir.
Hərəkatın sədri, teoloq Tale Bağırzadə milli qəhrəman Mübariz İbrahimovun kütləvi şəkildə məzarının ziyarətini təşkil etmək cəhdindən sonra noyabrın 3 polis bölməsində döyülmüşdür. Müsəlman aktivistlərin sözlərinə görə Elçin Qasımov bu hadisədən sonra Nardaran məscidində hakimiyyəti tənqid edən çıxış etmiş və onun saxlanılmasının əsil səbəbi bu olmuşdur.
Tale Bağırzadə
Biz Azərbaycanın Hüquq Müdafiəsi Mərkəzinin rəhbəri Eldar Zeynalovdan vəziyyətlə bağlı şərh verməyini xahiş etdik.
Eldar Zeynalov
“Sabunçu hadisələri ilk baxışdan görünə biləcəyi kortəbii etiraz deyil, yeni hərəkatın təşkil olunmuş şəkildə gücünün sınağıdır. Hakimiyyətin reaksiyasının yalnız güc üzərində qurulması ürəkaçan deyil. Əhalinin şüurlu şəkildə şəriət idarəçiliyi deyil, sekulyar modelinə üstünlük verməsi üçün həssas ideoloji mübarizə zəruridir.
Bu hərəkat hələ ki potensial olaraq hakimiyyətdən çox dünyavi dövlətçilik üçün təhlükədir. Hərəkatın lideri həbsxanadan azad olunan kimi dinin dövlətçilikdən ayrılmasının yalnış olduğunu, XIX əsrin (şəriət qanunlarının tətbiq olunan vaxtlarını) vəziyyətini hərəkatı üçün nümunə olduğunu əks etdirən müsahibə verib. Bizim iki əsr geriyə sürükləndirilməyimizi nəzərə alaraq, bu ideya heç bir şəkildə demokratik sayıla bilməz.
Hərəkata qarşı əsas narazıçılıq hüquqi müstəvidədir. Bunu Qafqaz Müsəlmanları İdarəsini rəhbəri A.Paşazadə hərəkata “qərarlaşdırmaq təklif edərək bildirmişdir. Qanuna əsaslanaraq siyasi partiyalar və ictimai birliklər dini fəaliyyət göstərməməli; dini qurumlar isə siyasi fəaliyyətlə məşğul olmamalıdır.
Hərəkat 2015-ci ilin əvvəlində özü də həbsxanada təsis edilmişdir. Bu simvolikdir, çünki elə ilk aksiyalar (məsələn, hərəkatın liderinin rayonlara təbliğat səfərləri və ya Sabunçu etirazı) qanunla konfliktlərlə nəticələnmişdir.
Görünür, “Dini Azadlıqlar Haqqında Qanunu pozmaqla və polislə qarşıdurmalar yaratmaqla başlayaraq, hərəkat özünü ona qarşı repressiyalarla reklam etmək, və güman ki, siyasi məhbusların sayını artırmaq istəyi ilə dünyavi hakimiyyətlərə qarşı əks çıxış etməyi qərar verib.
Qeyd edim ki, sekulyar müxalifət islamist hərəkatlarını hələ 2010-2011-ci illərin “Ərəb Baharı vaxtından Yeni Azərbaycan Partiyasının hakimiyyətdən uzaqlaşdırılması üçün islamistləri rahat alət kimi görərək istifadə etməyə çalışır. Görünür, 1970-ci illərin İran inqilabının öyrətdiyi dərslər unudulub…