İşğal, Avroatlantik inteqrasiya, pandemiya – Gürcüstanın baş naziri illik hesabatla çıxış edib
Gürcüstanın baş naziri Giorgi Qaxariya Gürcüstan parlamentinə 2019-cu il üzrə illik hesabatı təqdim edib və ölkənin ərazi bütövlüyünün bərpasını və Avroatlantin inteqasiyanı əsas vəzifə adlandırıb.
Müxalifət baş nazirin 2019-cu ilin yayında etiraz aksiyasının qanlı dağıdılmasını haqda ümumiyyətlə bəhs etmədiyi üçün qəzəblənib.
Hesabatın əsas müddəaları
• Tbilisidə aksiyanın qanlı dağılmasından bir il ötür – 20 iyun necə və niyə tarixə düşüb?
İşğal və ərazi bütövlüyü
Baş nazirin sözlərinə görə, Gürcüstanın suverenliyinin möhkəmlənməsi və ərazi bütövlüyünün təmin edilməsi Gürcüstanın xarici siyasətinin prioritetidir.
Giorgi Qaxariyanın sözlərinə grə, “ərazi bütövlüyünün bərpa olunmasının yeganə yolu sülh yoludur və bu yol bizim strateji tərəfdaşlarımızdan, onların bu proseslərdə fəal iştirakından keçir”.
Baş nazir bildirib ki, Rusiya işğalı milli təhlükəsizliyin əsas problemi olaraq qalır və Rusiya Federasiyası effektiv nəzarət həyata keçirən dövlət kimi işğal olunmuş ərazilərdə bütün fundamental insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.
Avroatlantik inteqrasiya
Qaxariya bildirib ki, Avropa və Avroatlantik inteqrasiya ölkə üçün dönməz, mühüm strateji istiqamətdir və Gürcüstan hökumətinin ən vacib vəzifəsi avropalı tərəfdaşlar qarşısında götürülən bütün öhdəliklərin yerinəə yetirilməsidir, bunun üçün də hökumətkonkret addımlar atacaq.
Qaxariya qeyd edib ki, “ölkənin NATO-da tamhüquqlu üzvlüyü dəyişməz hədəfdir”.
O, həmçinin ABŞ-la strateji müttəfiq qismində münasibətlərin vacibliyini vurğulayıb.
Qaxariya avropalı və amerikalı tərəfdaşları koronavirus pandemiyası ilə mübarizədə Gürcüstana göstərdikləri yardıma görə minnətdarlıq bildirib.
Konstitusiya dıyişiklikləri
“Ölkəsə baş verən ən vacib proses konstitusiyaya seçki sistemi ilə əlaqədar dəyişikliklərin edilməsidir ki, bunlar artıq iki oxunuşda qəbul edilib, parlamentdə üçüncü oxunuş bazar ertəsi baş tutacaq.
Səsvermə 29 iyunda olacaq və proporsional seçki sisteminə əsaslanan parlament demokratiyası bərqərar olacaq”, – Qaxariya deyib.
Koronavirus pandemiyası
Baş nazir koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə də toxunub və qeyd edib ki, Gürcüstanda koronavirusa yoluxan bütün insanlar stasionar müalicə keçib və heç kim tibbi xidmətdən kənar qalmayıb.
Böhrandan sonrakı mərhələ
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti beynəlxalq tərəfdaşlarla və böyük beynəlxalq konsultativ qruplarla işləyir ki, böhrandon sonrakı iqtisadi bərpa planını realistik və səmərəli edə bilsin.
“Biz böhranı, pandemiyanı ölkəmiz üçün iqtisadi imkanlara çevirməliyik. Bugün dünya iqtisadiyyatı dəyişir, buna görə də bizim Gürcüstan iqtisadiyyatını əngəllər iqtisadiyyatından imkanlar iqtisadiyyatına çevirə bilərik”, – Qaxariya deyib.
İnfrastruktur layihələri
Baş nazirin sözlərinə görə, hazırda beynəlxalq əhəmiyyətli 140 kilometrlik yeni avtomobil yolları inşa edilir. Bu yolların ümumilikdə 70 kilometri 2020-ci ilin sonuna qədər açılacaq. Bu sıraya Kutaisiyə gedən alternativ yolub əlavə iki zolağı, Xaşuri kənar yolu və Samtredia-Qriqoleti yolunun Capana-Lançxuti hissəsi də daxildir.
Qaxariyanın sözlərinə görə, 2019-cu ildə təxminən 400 kənddə ambulatoriya tikilib, o cümlədən də 41 yeni təcili yardım mərkəzi yaradılıb.
Ötən il Ureki, Mestiya, Anakliya, Xobi və Kaspidə 24 saatlıq su təchizatı layihəsi başa çatdırılıb və ilin sonuna qədər 300 min nəfər Gürcüstan vətəndaş bütün sutka fasiləsiz su ilə təmin olunacaq.
2020-ci ilin ən böyük nailiyyətlərindən biri Kutaisi Beynəlxalq Universitetinin açılmasıdır. Baş nazir ümid edir ki, yeni universitet ölkədə ali təhsiyin yüksək standartını müəyyən edəcək.
Müxalifətin dəyərləndirməsi
Müxalifət də Giorgi Qaxariyanın prezentasiyasında iştirak edib və baş nazirin 2019-cu il 20 iyun hadisələri haqda bəhs etməməsindən qəzəblənib. Həmin vaxt hakimiyyət Rusiya Dövlət Dumasının deputatının Gürcüstan parlamentində çıxışına qarşı etiraz edənləri təzyiqli su və rezin güllədən tətbiq etməklə dağıdıb.
“Siz hesabatınızı təqdim edərkən 20 iyun haqda xatırlamadınız, siz niyə bu günü unutmusuz? Siz bu günü hafizənizdən, yoxsa təqvimdən silmisiz? Məgər bu hadisələr 2019-cu ildə baş verməyib?”, – “Avropa Gürcüstanı” fraksiyasının üzvü Otar Kaxidze baş nazirə müraciət edib.
Kaxidze hökumət başçısına ötən ilin 20 iyun hadisəsinin xronologiyasını xatırladıb və soruşub ki, həmin hadisələrə görə baş nazir özünü məsul hiss edirmi?
“Vahid Milli Hərəkat” fraksiyası baş nazirə xatırladıb ki, Anakliyada liman inşası layihəsinin uğursuzluğu, o cümlədən də koronavirus pandemiyasına görə ziyan çəkən və köməksiz qalan vətəndaşlar haqda xatırladıb.
“Dünən büdcə təsdiqlənib, bu gün isə o ölüdür, çünki kompensasiya (pandemiyadan ziyan çəkənlər üçün) 500 milyon lariyə [160 milyon] yaxın təşkil etməli idi, amma bunu almalı olanlardan yarısı heç nə almayıb”, – “Vahid Milli Hərəkat”ın liderlərindən biri Roman Qotsiridze deyib.
“Baş nazir Anakliya və Poti limanlarını xatırladıb. O qeyd edib ki, Qara dənizə mümkün qədər çox Amerika gəmisi daxil olmalıdır.