Gürcüstanı qeyri-formal idarə edən Bidzina İvanişvili amerikalı konqresmenlərin hesabatında “Putinin yaxın müttəfiqi” adlandırılıb
ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının üzvləri ABŞ administrasiyasını Gürcüstanın iqtidar partiyası “Gürcü arzusunun” lideri Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq etməyə çağırıblar.
Konqresin Nümayəndələr Palatasının ən böyük fraksiyası (kokus) – “Respublika Tədqiqatları Komitəsi” (Republican Study Committee və ya RSC) belə təşəbbüslə çıxış edib.
Bu komitə iyunun 9-da “Amerikanın gücləndirilməsi cə qlobal təhlükələrlə mübarizə” (STRENGTHENING AMERICA & COUNTERING GLOBAL THREATS) hesabatını açıqlayıb. Hesabatda deyilir ki, “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili “Putinin yaxın müttəfiqidir və Rusiya maraqlarına əsasən Gürcüstanda stabilliyin pozulmasına vasitəçilik edir”.
- Gürcüstan öhdəliklərini yerinə yetirərsə, Aİ-dən 500 mln avro alacaq
- İvanişvilinin Rusiya hökuməti ilə əlaqəsi, Qərbin biznes maraqlarının zədələnməsi – senatorların ABŞ baş katibinə məktubu
Konqresmenlərin hazırladıqları hesabat tövsiyə xarakteri daşıyır.
120 səhifəlik sənəddə söhbət ABŞ qarşısındakı qlobal təhlükələrdən söhbət gedir. Müəlliflər Rusiya, İran və Çinə qarşı müstəsna sanksiyalar həyata keçirilməsini təklif edirlər, çünki məhz bu üç dövlət ABŞ-a qarşı xüsusi aqressivliyi ilə seçilir.
Gürcüstan və Bidzina İvanişvili haqqında sənədin konqresmenlərin Rusiya əleyhinə sanksiyaların tətbiqini tələb etdikləri hissəsində söz açılır. Bununla yanaşı, onlar vurğulayırlar ki, qüvvədə olan sanksiyalar Putinə kifayət qədər toxunmayıb, onun dostları və müttəfiqləri isə keçmiş SSRİ respublikalarının suverenliyinə qəsd edir.
Hesabatda həmçinin rusiyalı oliqarx Vladimir Yevtuşenkova və Putinə yaxınlığı ilə tanınan ukraynalı oliqarx Viktor Medvedçuka qarşı sanksiyaların tətbiqinin vacibliyi haqda deyilir.
Hesabatı 13 konqresmen: Mayk Conson, Cek Berqman, Rob Uitmen, En Vanger, Alriks Mun, Don Bekon, Nil Dan, Kley Xiqins, Ralf Norman, Den Krenşou, Brayn Stil və Maykl Uolts imzalayıb.