Grcüstanda artıq ancaq piyada hərəkət etmək, məkanda mütləq maskada olmaq tələb edilir
Gürcüstanda koronavirus epidemiyasının daha çox yayılması ilə əlaqədar olaraq yeni təhlükəsizlik tədbirləri görülüb.
● Aprelin 17-i gündüz saat 12-dən aprelin 21-ə qədər şəxsi avtomobillərdən də istifadə etmək qadağandır və yalnız piyada hərəkət etmək olar.
● Qapalı məkanlarda maska taxmaq məcburi tələbdir.
● Məzarlıqlar müvəqqəti olaraq ziyarətə qapalıdır.
Aprelin 17-i səhər saatlarına qədər Gürcüstanda 336 nəfər koronavirusa yoluxub. Onlardan 74 nəfər sağalıb, üç nəfər ölüb.
Yük və mal daşıyan maşınlara bu məhdudiyyətlər şamil edilmir.
İçəri daxil olan bütün insanların maskada olmasına görə məsuliyyət konkret məkan, məsələn, mağaza və ya aptek sahibinin üzərinə düşür. Tələbin pozulması təqdirində məkan sahibi 15 min lari [5 min dollara yaxın] həcmində cərimə olunacaq.
“Əgər biz qanuna ciddi riayət etməsək, fövqəladə vəziyyət daha da ağırlaşacaq. Biz daha sərt tədbirlər görməli olacağıq”, – baş nazirin nümayəndəsi İrakli Çikovani deyib.