Azərbaycanda qəssablar dörd il əlavə gəlir vergisi verməyəcəklər
Azərbaycanda ət satışı dörd il müddətinə əlavə gəlir vergisindən (ƏDV) azad olunur.
Azərbaycanda ƏDV satılan malın qiymətinin 18%-ni təşkil edir (satıcılar üçün). Bu, vergi qanunvericiliyində hələ ötən il planlaşdırılan düzəlişlərdən biridir.
• Bakıda demək olar ki, hər şeyin satıldığı “Təzə bazar”dan 28 foto
• Cənubi Qafqazda seks-şoplar, seks var, şoplar yoxdur
Ətin satışına ƏDV-nin ləğvi barədə yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Əvvəllər bu qayda ancaq toyuq ətinə aid edilib.
Əslində ƏDV ləğvi malın qiymətini azaltmalıdır. Satıcılar da daha çox ət sata bilmək üçün qiymətləri azalda bilərdilər. Amma çox guman ki, onlar qiymətləri əvvəlki vəziyyətində saxlamağı üstün tutacaqlar, nəticədə də dəyişən ancaq satıcıların gəlirləri olacaq.
İqtisadçı Vüqar Bayramlı hesab edir ki, ətin qiyməti dəyişməyəcək. Amma ət istehsalı daha sərfəli biznesə çevrilə bilər və bu sahə inkişaf edəcək.
Hazırda Azərbaycanda ət və ət məmulatlarına ehtiyacın 75%-i yerli istehsalat, 25% isə idxal hesabına təmin edilir.
Bakıda bir kilo mal ətinin qiyməti 10-15 manatdır ($6-8).
Bir kilo qoyun əti təxminən 12 manatdır ($7).