Ermənistanda siqaretin qiymətinin kəskin artacağı gözlənilir
Ermənistanda siqaretin qiymətinin kəskin artacağı gözlənilir – 45 faiz. Səhiyyə naziri Arsen Torosyan əmindir ki, bu, 88 min ölümün qarşısını alcaq – o insanların ki, siqareti atacaq və ya çəkməyə başlamayacaq. Bu rəqəmlərlə bağlı Arsen Torosyan Facebook səhifəsində yazıb.
• Ermənistanda tütünün marixuana ilə əvəz olunması haqda söhbət gəzir
• Azərbaycanda qohum nikahlar: təhlükəli ənənə
Beynəlxalq təcrübə
Nazir siqaretə qarşı mübarizədə tutduğu kursun doğruluğunu sübut etmək üçün Harvard və Vaşinqton universitetlərinin, həmçinin Belnəlxalq Bankın ekspertlərinin tədqiqatlarına əsaslanır.
O bildirir ki, opponentləri əksini iddia etsələr də, siqaretin bahalanması ölkə gəlirlərinin azalmasına yox, artımına səbəb olacaq. Bunda da digər ölkələrin təcrübəsinə istinad edib və daha sonra onların siyahısını təqdim edəcəyinə dair vəd verib. Bununla belə o hesab edir ki:
“Tütündən istifadə istənilən ölkənin iqtisadiyyatına gəlirlərin azalmasından daha pis təsir edir”.
Baş nazir və nazirin mübahisəsi
Nazir sosial şəbəkədə bu statusu hökumətin tütünə qarşı hakimiyyət kampaniyasının müzakirə olunduğu iclasından sonra yazıb. Burada səhiyyə naziri və baş nazir Nikol Paşinyan arasında mübahisə yaranıb.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində tütün məmulatlarına olan aksiz vergisinin əvvəlcədən nəzərdə tutulandan 4 dəfə az olması nazirin xoşuna gəlməyib. Torosyan bildirib ki, Ermənistan ümumiyyətlə tütünün tamam qadağan olunmasına doğru addımlamalıdır.
Nazirin qeydləri isə Nikol Paşinyanın ürəyincə olmayıb:
“Biz də bu istiqamətdə addımlayırıq. Amma siz zaman maşını istəyirsiz, siz deyirsiz ki, gəlin, dərhal hər şeyi belə eləyək. Amma belə olmur. Bu yol fəlakətə aparır”.
Sosial şəbəkələrdə reaksiya
Nazir və baş nazirin mübahisəsini iki düşərgəyə bölünən sosial şəbəkə istifadəçiləri davam etdirib. Arsen Torosyanı dəstəkləyənlər hesab edirlər ki, nazir xalqıın sağlamlığının qeydinə qalır:
“Arsen Torosyan, baş nazirə qulaq asmaq lazım deyil. Etməli olduğunu elə”.
“Sizin düşüncələriniz və addımlarınız dəyərdir. Hər bir vətəndaş sizin hədəflərinizi və işinizi hiss edir. Çoxdan belə səhiyyə nazirimiz olmamışdı”.
Amma Arsen Torosyanın çox sərt mövqe tutduğunu düşünənlər də var:
“Heç kim siqaretin ziyanlı olduğu faktını sual altına qoymur. Amma siqaretlə mübarizə üsulları elə olmalıdır ki, xeyir əvəzinə yüz qat ziyana gətirib çıxarmasın”.
Yalnız qiymət artımı deyil
Ermənistan hakimiyyətinin tütün əleyhinə kampaniyası siqaretin bahalaşdırılması ilə məhdudlaşmır. Təcili tədbirlərin görülməsinin vacibliyi Ermənistanda siqaret çəkənlərin sayının Avropa ölkələri arasında ən yüksək həddə olması ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatında deyilir ki, Ermənistanda kişilərin 51,5 faizi siqaret çəkir.
Ermənistan hökuməti də hələ bir il əvvəl ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran qanun layihəsini dərc edib ki, ölkə sakinləri onu müzakirə etməyə başlasın. Artıq o zaman qanun pozucuları üçün nəzərdə tutulan yüksək cərimələr çoxlarını qəzəbləndirmişdi.
Ehtimal olunan cərimələrin məbləği siqaret çəkənin harada aşkarlanmasından asılı olaraq dəyişəcək:
Lift, kafe və ya ofisdə – 250 min dram [520 dollara yaxın];
Avtomobildə – 50 min dram [104 dollara yaxın];
Nəqliyyatda, taksidə – 100 min dram [208 dollara yaxın].
Qanun layihəsinə əsasən, yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkmək olar və həmin yerlər müvafiq qaydada təşkil olunmalıdır.
Müəlliflərin fikrincə, siqaretlə yeni mübarizə strategiyası siqaret çəkənlərn sayını 30-40 faiz azaltmalıdır.