“Bu mitinq Ermənistanın sifarişi ilə təşkil olunub”, - iqtidar partiyası liderlərindən biri belə hesab edir" />

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası korrupsiyaya qarşı mitinq keçirib

“Bu mitinq Ermənistanın sifarişi ilə təşkil olunub”, - iqtidar partiyası liderlərindən biri belə hesab edir

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasının (ADQMŞ) bu il növbəti, ikinci mitinqi sentyabrın 23-də Bakı kənarındakı stadionda baş tutub. Mitinqin vaxtı və yeri şəhər hakimiyyöəti ilə razılaşdırılıb. Bu dəfə mitinq “Xalqdan oğurladığınız pulları qaytarın!”, “Talana son!” şüarları altında keçirilib. Atırladaq ki, ADQMŞ-ın ötən mitinqi aprelin 8-də “Ailə hakimiyyətinə yox!” şüarı altında təşkil olunmuşdu.

Etirazçılar çirkli pulların yuyulması və Azərbaycanın hakim elitasının Avropa siyasətçilərini satın alması haqda məlumatların araşdırılmasını tələb ediblər. Söhbət son illərdə müxtəlif bəhanələrlə ölkədən çıxarılan və Azərbaycan hakimiyyətinin maraqlarının xaricdə lobbiçiliyinə və Avropa siyasətçilərinin satın alınmasına xərclənən 3 milyard dollardan gedir.

Bu faktların üstü beynəlxalq jurnalist təşkilatı olan Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Mərkəz (OCCRP) tərəfindən açılıb.

Azərbaycan pullarının yuyulması ilə bağlı jurnalist araşdırması haqda daha ətraflı JAMnews-un məqaləsində oxuya bilərsiz.

Mitinq iştirakçıları əllərində “Bizim üç milyardımız hara gedib?” “Oğrunu cəzalandır, doğrunu yox”, “Pullar ofşora getdi, xalq isə yoxsul qaldı” çüarlarının yazıldığı plakatlar və siyasi məhbusların fotolarını tutublar.

Müxalif mənbələr bildirirlər ki, mitinqdə üç minə yaxın insan iştirak edib. Hökumətyönlü mənbələr isə mitinqə deyiləndən üç dəfə az adamın qatıldığına əmin edirlər. İştirakçılar haqda rəsmi göstəricilər hələ ki yoxdur.

On illiklərdir ki, haqlarımızı tapdalayan bu korrupsiyalaşmış rejim indi cinayət başında tutulub. Artıq bu korrupsiyanın sübutları ortaya qoyulub”, – Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli öz çıxışında bildirib.

ADQMŞ-nin keçmiş prezidentliyə namizədi Cəmil Həsənli çıxış edərək bildirib ki, “Azərbaycanda korrupsiyanın başında şəxsən prezident İlham Əliyev dayanır”.

Bu hakimiyyət oğurlamağa alışıb. Onlar xalqın azad seçki hüququnu oğurlayıblar, milli sərvətləri oğurlayıblar. Və nəhayət, jurnalist Əfqan Muxtarlını Tbilisidən oğurlayıblar”, – Həsənli əlavə edib.

Mitinqdən bir gün əvvəl müxtəlif bəhanələrlə altı müxalif fəalŞ o cümlədən də mitinqin ehtimal olunan aparıcısı İlham Hüseyn saxlanılıb və 15 sutkalıq həbsə məhkum edilib.

Azərbaycan hökuməti bütün bu ittihamları rədd edərək, bildirib ki, bu söz-söhbətləri erməni lobbisi, bir də mesenat və biznesmen Corc Soros yayır.

Yeni Azərbaycan” iqtidar partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakimiyyət əleyhinə səslənən bütün ittihamları böhtan adlandırıb.

Qoy, Kərimli özü hesabat versin ki, onun özündə bu qədər pul hardandır. 20 ildir heç yanda işləmir, amma cangüdən saxlayır, bahalı maşında gəzir, övladları bahalı universitetlərdə oxuyur, ABŞ-da yaşayırlar. Bu, elə başqalarına da aiddir. Deyirlər ki, bizdə jurnalistlərin hüquqları pozulur? Hansı ölkədə dövlət jurnalistlərə havayı ev verir? Hansı ölkədə dövlət QHT-lərin fəaliyyətini maliyyələşdirir?” – “Trend” Novruzova istinadən yazır.

Müxalifətçilər bəyan ediblər ki, etiraz aksiyalarına davam edəcəklər. Növbəti mitinq oktyabrın 7-ə təyin edilib.

 

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası 2013-cü ildə, prezident seçkiləri ərəfəsində yaradılıb. MŞ-nin ilk sədri tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov olub. Amma Rusiya vətəndaşı olduğu üçün o, seçkilərdə namizədliyini irəli sürə bilməzdi və təşkilatın prezidentliyə namizədi Cəmil Həsənli oldu. Rəsmi məlumata əsasən 2013-cü il prezident seçkilərində Həsənli 5,5 faiz səs toplayıb.


More on JAMnews