11 nəfər həbs edilib, saxlanıldığı andan piketçinin taleyi bəlli deyil " />

Azərbaycanda yeni həbslər: dağıdılmış yürüş və təkbaşına piket

11 nəfər həbs edilib, saxlanıldığı andan piketçinin taleyi bəlli deyil

Bakıda siyasi məhbusların müdafiəsi məqsədilə keçirilən yürüşün 10 iştirakçısı və təkbaşına piket keçirən gənc həbs olunub.

Polis Demokratik Qüvvələrin Milli Şurasının siyasi məhbusların müdafiəsi məqsədilə keçirdiyi yürüş zamanı 15 fəal saxlanılıb. Hakimiyyət yürüşə icazə verməyib. “Kavkazskiy uzel” yazır ki, onlardan on nəfəri inzibati həbslə cəzalandırılıb.

• Bakıda müxalifət siyasi məhbusların müdafiəsi məqsədilə mitinq keçirib

• Azərbaycanda mitinq iştirakçılarına polis zəng vurur

Yürüş cəhdi yanvarın 26-da baş verib. Həmin günə Demokratik Qüvvələrin Milli Şurası [bir neçə müxalif partiya və fəalı birləşdirən koalisiya] mitinq planlaşdırmışdı, amma hakimiyyət mitinqin keçirilməsinə icazə verməyib. Nəticədə onlarla fəal az əvvəl müxalifətin siyasi məhbusların müdafiəsi məqsədilə izdihamlı mitinq keçirdiyi stadionun yaxınlığında toplaşıb.

Hüquq mühafizə orqanlarının versiyasına görə, fəallar “ətrafdakıların diqqətini çəkib, əhali arasında təşviş yaradıb, vətəndaşların istirahət hüququnu pozub və polis əməkdaşlarına itaətsizlik nümayiş etdiriblər”.

Bundan bir gün əvvəl polis şəhərin mərkəzində təkbaşına aksiya keçirən Bakı sakini Rafael Hüseynovu saxlayıb . Onun əlində siyasi məhbusların azad edilməsi və prezidentin istefası ilə bağlı plakatlar olub. Fəalın sözlərinə görə, o, meriya 26 yanvar mitinqinə icazə verməyəndən sonra piket keçirmək qərarına gəlib. Artıq iki gündür ki, Rafael Hüseynovun taleyilə bağlı heç nə məlum deyil.


More on JAMnews