Bakını ölkənin şimalı ilə birləşdirən avtomobil trası başlanıb " />

Azərbaycanda silah anbarında partlayış baş verib

Bakını ölkənin şimalı ilə birləşdirən avtomobil trası başlanıb

Avqustun 27-də Bakıdan təxminən 120 km məsafədə yerləşən Siyəzən şəhəri yaxınlığında silah anbarlarından birində ardıcıl güclü partlayışlar baş verib. Bakını Azərbaycanın şimal regionu ilə birləşdirən avtomobil trası bağlanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmən xəbəri təsdiqləyib və bildirib ki, ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası yollanıb. Bu haqda Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mialəm Cəlalov bildirib.

 Onun sözlərinə görə, təcili yardım maşınları əraziyə buraxılmır, çünki sursatların partlayışı ilə müşayiət olunan yanğını hələ də söndürmək mümkün olmayıb. O, həmçinin bildirib ki, yanğın nəticəsində yaralananlar var.

Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri ərazidən evakuasiya edilib, APA informasiya agentliyi xəbər verir

Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, partlayış səsləri hətta Bakı ətrafında da eşidilib. On kilometrlərlə uzaqlıqda qara nəhəng tüstü müşahidə olunur. Çoxlu avtomobil hələ də Bakı-Quba yolunda qalıb.


More on JAMnews