Son 5 gündə 10 amansız qətl və döyülmə" />

Azərbaycanda qadınlara qarşı məişət zorakılığı haqda qorxunc statistika sosial şəbəkələrdə etiraz kampaniyasına təkan verib

Son 5 gündə 10 amansız qətl və döyülmə

Ötən beş gün ərzində Azərbaycanda məişət zəminində ən azı on qadın amansızlıqla öldürülüb və döyülüb. Və bu, yalnız mediaya düşən hallardır. Ardıcıl hadisələr sosial şəbəkələrin Azərbaycan seqmentində  #QadınaŞiddətəYox teqi altında etiraz kampaniyasına təkan verib.

Ermənistanda seksual zorakılıq: tabuları sındırıb, bu haqda danışa bilənlərin hekayələri

Gürcüstanın şaxtaçı qadınları

Günahkar kimdir və nə etmək lazımdır? Sosial şəbəkələrdəki müzakirələr

Leyla Məmmədovanın qətli cəmiyyəti xüsusilə sarsıdıb. Mübahisə zamanı əri ona 25 bıçaq zərbəsi vurub. Hadisə Bakıda, küçədəcə, cütlüyün azyaşlı uşaqlarının və yoldan ötənlərin gözü qarşısında baş verib.

Qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir. Qadınlar yalnız ərlərindən yox, digər ailə üzvlərindən də ziyan görürlər, məsələn, qayınata və qayınanadan. Çox vaxt qısqanclıq və ailə üzvlərinin qadının davranışından narazı qalması zorakılığa səbəb olur. Hətta xırda məişət münaqişəsi də amansız zorakılıqla yekunlaşa bilər.

Facebook-dakı bəzi şərhlər:

“Azərbaycanda həmişə məişət zorakılığı olub, amma əsasən əyalətlərdə. Sadəcə indi bütün bu insanlar paytaxta köçüb və buna görə də ictimaiyyət belə hallar haqda daha çox məlumatlanır, xəbərlər mediaya sızır”;

“Zorakılığın cinsi yoxdur. Yalnız qadınlara qarşı yox, ümumiyyətlə zorakılığa qarşı mübarizə aparmaq lazımdır”;

“Yəqin ki, bu orta əsr vəhşiliyini insanların beyinlərindən və həyatlarından çıxarmaq üçün hələ onilliklər boyu maarifləndirmə lazımdır. Bu maarifləndirmə hardan çıxacaq ki?”.

“Azərbaycanda patriarxal quruluş bu şəraitdə özünü rahat hiss edən qadınlar sayəsində qalmaqdadır. Və onlar bu cəhənnəmə laqeyd cəmiyyət tərbiyə edirlər. Burada heç sərt dövlət tədbirləri də heç nə dəyişə bilməz”.

Dövlət nə edə bilər?

Müxalif ReAl partiyasının lideri İlqar Məmmədov isə hesab edir ki, məhz dövlət bu problemin həlli üçün tədbirlər görməlidir. Məsələn, nəhayət, İstanbul konvensiyasını – Avropa Şurasının qadınlara münasibətdə və ailədaxili zorakılığa qarşı beynəlxalq razılaşmanı imzalamalıdır. Konvensiya 2014-cü il avqustun 1-də qüvvəyə minib. Hazırda 50 ölkə, o cümlədən də Gürcüstan və Ermənistan sənədi imzalayıb.

Rəsmi şəxslər də məsələ ilə bağlı fikirlərini açıqlayıblar. Deputat Aytən Mustafayeva parlamentin iclasında çıxış edərkən bunları bildirib:

“Əri Leylanı öldürəndə heç kim onun köməyinə gəlməyib. İnsanlar sadəcə baxıb və telefona çəkiblər. Bu, dəhşətlidir. Biz belə hara gedirik?! Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik etmək və sərtləşdirmək lazımdır”.

Azərbaycanda qadınların 43 faizi məişət zorakılığına məruz qalıb – The Advocates for Human Rights hüquq-medafiə təşkilatının hesablamaları bunu göstərir.

Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqda 2010-cu ildə qəbul edilmiş qanun var. Amma reallıqda bu qanun praktiki olaraq işləmir, çünki hətta polis də çox vaxt məişət zorakılığına “ailədaxili məsələ” kimi yanaşır.


More on JAMnews