Cəmil Həsənli tarix elmləri doktoru və keçmiş prezidentliyə namizəddir" />

Azərbaycanda müxalif siyasətçinin kitabları satışdan çıxarılıb

Cəmil Həsənli tarix elmləri doktoru və keçmiş prezidentliyə namizəddir

Azərbaycanda hakimiyyətin nəzarətində olan kitab mağazalarında tarix elmləri namizədi, professor Cəmil Həsənlinin kitablarının satışına qadağa qoyulub. Bu haqda Turan agentliyinə Həsənlinin özü xəbər verib və bu qadağanı özünün ictimai və siyasi fəaliyyəti ilə əlaqələndirib.

Məsələ ondadır ki, Demokratik Qüvvələrin Milli Şurasının sədri olan Həsənli hakimiyyətlə bir sıra problemlər yaşayıb, hətta saxlanılıb da. Bundan başqa Həsənli 2013-cü il prezident seçkilərində birləşmiş müxalifətin vahid namizədi olub (bu seçkilərin nəticəsində İlham Əliyev növbəti dəfə prezident seçilib).

• “Sanksiyasız yürüşə” görə Cəmil Həsənli və digər müxalifətçilərin saxlanılması

• 2018-ci ilin aprelində Azərbaycan prezidentliyinə kimlər namizəd olub? 

Cəmil Həsənlinin sözlərinə görə, “hökumətyönlü” mağazalar artıq çoxdan cürbəcür bəhanələrlə onun kitablarını satmaqdan imtina edirlər. Hazırda bu mağazaların sayı üçə çatıb (Bakı üçün bu kifayət qədər çoxdur).

Həsənlinin fikrincə, bu, ölkədə “avtoritar idarəçiliyin və totalitar təfəkkürün hökm sürdüyündən” xəbər verir.

Həsənlinin kitabları Azərbaycan, Yaxın Şərq və digər regionların tarixinə, əsasən də 20-ci əsrdə baş verən hadisələrə həsr olunub. Bu kitablar Rusiya, Türkiyə, ABŞ və digər ölkələrdə nəşr edilib və satılır.


More on JAMnews