Müxalifətçilər öz iştiraklarının şərti kimi seçki islahatlarının aparılmasını tələb edirlər " />

Azərbaycanda iri müxalifət birliyi növbədənkənar parlament seçkilərini boykot edir

Müxalifətçilər öz iştiraklarının şərti kimi seçki islahatlarının aparılmasını tələb edirlər

Demokratik Qüvvələrin Milli Şurası seçki islahatlarının keçirilməsini tələb edir – əks halda, o, parlamentə növbədənkənar seçkiləri boykot edəcək.

Digər müxalifətçilər və ekspertlər, böyük əksəriyyətlə bunu ağılsız hərəkət və acizliyin etirafı hesab edirlər.

Qarabağda “aprel müharibəsi”nin üç ili. O nəyi dəyişdi?

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanın iri müxalifət partiyalarının nümayəndələrinin (fərdi qaydada) daxil olduqları birlikdir. Onların imtinası nəzərə alınarsa, parlament seçkilərində yalnız müxalif “Respublikaçı Alternativ” partiyası iştirak edəcək ki, bu partiya seçkilərə hazır olduğunu elan edib.

Azərbaycanda növbədənkənar seçkilər niyə keçirilir

2019-cu ilin noyabr ayının 28-də hakim “Yeni Azərbaycan” partiyası parlamentin buraxılması təklifi ilə çıxış edib, çünki parlament prezidentin siyasətinə və onun həyata keçirdiyi islahatlara uyğun gəlmir.

Bununla birlikdə, parlamentdə yerlərin çoxu elə həmin hakim partiyaya məxsusdur.

Dekabrın 2-də deputatlar bu məsələni müzakirə ediblər və prezidentə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi xahişi ilə müraciət ünvanlayıblar.

Milli Şuranın irəli sürdüyü şərtlər

Dekabrın 1-də Demokratik Qüvvələrin Milli Şurası bəyan edib ki, növbədənkənar parlament seçkiləri “heç də demokratik islahatların keçiriilməsi deyil, hakimiyyətin bundan sonra da bir ailənin (Əliyevlər ailəsinin – red.) əlində cəmləşməsi məqsədini güdür”.

Şuranın fikrincə, hazırda ölkədə elə bir vəziyyət yaranıb ki, “əsl” seçkilərin keçirilməsi qeyri-mümkündür, buna görə də, onlarda iştirak etmək də mənasızdır.

Bu səbəbdən, onlar hakimiyyətə şərtlər irəli sürüblər və onların mövqeyinə görə, bu şərtlər seçkilərin şəffaflığını və demokratikliyini təmin edəcək.

Şərtlər isə bunlardır:

• seçki komissiyalarının hakimiyyətin, müxalifətin və namizədlərin nümayəndələrinin iştirakı ilə yenidən formalaşdırılması;

• namizədlərin qeydə alınması yolunda süni maneələrin aradan qaldırılması;

• bütün namizədlərə təşviqat işlərinin aparılması üçün bərabər şəraitin yaradılması; 

• Bakıda və regionlarda toplaşma azadlığının təmin edilməsi;

• müşahidəçilərə səslərin sayılmasına nəzarət etmək üçün imkan yaradılması, seçki məntəqələrinin protokollarının surətlərinin onlara təqdim olunması;

• şikayətlərə baxılması prosesi təkmilləşdirililməli və şəffaflığı təmin edilməlidir;

• siyasi məhbuslar azad olunmalıdır. 

FOTO: Demokratik Qüvvələrin Milli Şurasının liderləri Əli Kərimli və Cəmil Həsənli 2018-ci ilin martında keçirilmiş mitinqdə.

“Siyasi impotensiya”?

«Bunu “özünün siyasi impotensiyasının etirafı”ndan başqa heç cür adlandırmaq olmaz. Oyundan çıxmaqdansa, yaxşı olardı ki, seçkilərdə iştirak etsinlər və pozuntuları qeydə alsınlar», – JAMnews-un siyasi icmalçısı Şahin Rzayev deyir.

«Bu anti-seçki təşviqatına fikir vermədən seçkilərdə mütləq iştirak etmək lazımdır», – tarixçi Altay Göyüşov hesab edir.

Məşhur jurnalist Xədicə İsmayılova bu qərara daha az tənqidi yanaşır:

«Seçkilərin həm boykot edilməsi, həm də seçkilərdə iştirak ikisi də eyni zamanda edilərsə, müsbət nəticələnməyəcək. Başqa sözlə, boykot o zaman effektli olacaq ki, buna bütün müxalifət qoşulsun»


More on JAMnews