Minimal əməkhaqqı və yaşayış minimumu dəyişdi" />

Azərbaycan parlamentində bir aya nə qədər pulla dolanmağın mümkünlüyünü hesabladılar

Minimal əməkhaqqı və yaşayış minimumu dəyişdi

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu, minimal əməkhaqqının həcmi və ehtiyac amili müəyyənləşdirilib. Bütün bu məbləğlər bir neçə manat artırılıb və indi yaşayış minimumu 180 manat, minimal əmıkhaqqı və ehtiyac meyarı isə 143 manat olacaq.

Başqa sözlə, minmal əməkhaqqı və ehtiyac meyarı Azərbaycanda yaşayış minimumundan aşağıdır. Beynəlxalq təcrübəyə müvafiq olaraq, belə ola bilməz. Lakin Azərbaycan hökuməti bildirir ki, onun bu göstəriciləri bərabərləşdirməyə imkanı yoxdur.

Bu rəqəmlər nədir?

Yaşayış minimumu – bir insana ay ərzində normal qiddalanmaq və elementar tələbatlarını ödəmək üçün lzım olan minimal məbləğdir. Başqa sözlə, bu ilin qiymətləri nəzərə alınmaqla, istehlak səbətinin dəyəridir.

Minimal əməkhaqqı – 8 saatllq iş günü olan işçiyə bir ay ərzində bundan az ödənilməsi mümkün olmayan məbləğdir. Bu məbləğ ehtiyac meyarı ilə üst-üstə düşür: başqa sözlə, bu minimumdan aşağı aylıq gəliri olan insanlar dövlətdən müavinət almalıdırlar.

• 2018-ci ildə Azərbaycan büdcəsində nə baş verirdi 

• Gürcülərə kredit borclarını kim, necə nə nəyə görə bağışlayacaq 

Yaşayış minimumunun, minimal əməkhaqqının və müvafiq olaraq, ehtiyac meyarının həcmi Azərbaycan hökuməti tərəfindən hər il müəyyənləşdirilir və hər il azca artırılır.

Belə ki, 2014-cü ildən 2018-ci ilə qədər yaşayış minimumu 48 manat yüksəlib. 2014-cü ildə bu 125 manat idi, 2018-ci ildə isə 173 manata çatdı. Bununla yanaşı, 2015-ci ildə dalbadal iki devalvasiya baş verdi və manat iki dəfədən çox ucuzlaşdı.

Bu tamamilə kifayətdir?

Sosial şəbəkələrdəki şərhlər:

«Onun özünü bir ay 143 manata dolanmağa məcbur etmək lazımdır»;

«Bu cür deputatlarla bizə düşmən lazım deyil»;

«Söyüşdən başqa aölıma heç nə gəlmir».

Deputat Hadi Rəcəblinin parlamentdəki müzakirələr vaxtı 143 manata bir ay ərzində yaşamağın mümkün olması barədə dedikləri bu cür reaksiyaya səbəb olub.

Əyanilik üçün bu məbləği real mallara çevirək. Misal üçün, 143 manata Azərbaycanda iki sviter, yaxud təxminən 14 kiloqram sümüklü mal əti almaq

Facebook Comments

More on JAMnews