Cəmiyyətdə deyirlər ki, hakimiyyətin prezidentdən vitse-prezident postunu tutan birinci xanıma ötürülməsi baş verir " />

Azərbaycan parlamenti özünün buraxılması haqqında qərar verdi

Cəmiyyətdə deyirlər ki, hakimiyyətin prezidentdən vitse-prezident postunu tutan birinci xanıma ötürülməsi baş verir

Azərbaycan parlamenti dekabrın 2-də keçirilmiş iclasında səs çoxluğu ilə özünün buraxılması haqqında qərar verib. Eyni zamanda, deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs veriblər və prezidentə bu iki qərarın təsdiqlənməsi üçün müraciət ediblər.

• Azərbaycan parlamentinin buraxılıb-buraxılmayacağı dekabrın 2-də aydınlaşacaq

• Azərbaycanda “yeddi ilə məhkum olunub” nə deməkdir?

Parlamentin buraxılması ideyası ilə parlamentdə çoxluq təşkil edən hakim “Yeni Azərbaycan” partiyası çıxış edib.

Rəsmi versiyaya görə, hazırkı deputatlar prezidentin kursuna və onun apardığı islahatlara uyğun gəlmirlər.

Qeyri-rəsmi versiyalardan birinə görə, bu, hakimiyyətin prezident İlham Əliyevdən onun həyat yoldaşı, hazırda birinci vitse-prezident postunu tutan Mehriban Əliyevaya ötürülməsinin mərhələlərindən biridir.

Azərbaycanda yeni parlamentə seçkilər 2020-ci ilin noyabrında keçirilməli idi.

Müxalifətin bir hissəsi növbədənkənar seçkilərə hazırlaşır, digər hissəsi isə seçkiləri boykot etməyi düşünür.

Azərbaycan parlamentinin buraxılması, versiyalar və cəmiyyətin buna reaksiyası barədə daha ətraflı buradan oxuya bilərsiniz:

Foto: Reuters


More on JAMnews