Strasburq məhkəməsi martın 8-ə qədər işlə tanış olacaq" />

Avropa İnsan Haqları Məhkəməsi Ali Məhkəmənin “Rustavi-2” ilə bağlı qərarını dayandırıb

Strasburq məhkəməsi martın 8-ə qədər işlə tanış olacaq

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın Ali Məhkəməsinin müxalif “Rustavi-2” teleşirkətininsahibinin dəyişdirilməsi ilə bağlı qərarı dayandırıb. Bu haqda teleşirkətin baş direktoru Nika Qvaramiya məlumat verib. “Bu dəqiqələrdə Strasburqdan xəbər almışıq. Strasburq məhkəməsi mövcud olduğu bütün zaman ərzində ilk dəfə Ali Məhkəmənin verdiyi qərarın icrasını dayandırıb. İşgəncələrlə bağlı işlər istisna olmaqla Strasburq Məhkəməsi heç vaxt belə ölçüyə əl atmayıb”, – Qvaramiya bildirib.

Ali Məhkəmənin qərarının dayandırılması xahişilə (yekun qərar qəbul edilənə qədər) AİHM-ə teleşirkətin rəhbərliyi müraciət edib.

Qvaramiyanın sözlərinə görə, AİHM Ali Məhkəmənin qərarının icrasını martın 8-ə qədər dayandırıb, o zamana qədər iddianın baxışa qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.

Gürcüstanın Ali Məhkəməsinin Böyük Palatası əsas müxalif teleşirkət – “Rustavi-2”-nin işi ilə bağlı şirkətin əvvəlki sahibinə qaytarılması haqda qərar çıxarıb. Teleşirkətin səhmlərinin 60 faizi Kibar Xalvaşi, 40 faizi isə “Panorama” AMC-ə verilib.

Teleşirkət rəhbərliyi, jurnalistlər, müxalif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının böyük hissəsi hazırkı hakimiyyətə qarşı loyal mövqedə olan Kibar Xalvaşinin tələbini əsassız hesab edir və teleşirkətin işi üzrə məhkəmə prosesini hakimiyyətin müstəqil teleşirkəti ələ keçirmək cəhdi ilə bağlayırlar.

 


More on JAMnews