Səməd Seyidov hesab edir ki, qaçqın problemini həll etmədən siyasi məhbus mövzusunu qaldırmaq olmaz " />

AŞPA-da Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunur. Azərbaycan nümayəndə heyətinin rəhbəri bəyan edib ki, Qarabağ daha önəmlidir

Səməd Seyidov hesab edir ki, qaçqın problemini həll etmədən siyasi məhbus mövzusunu qaldırmaq olmaz

“Azərbaycanda siyasi məhbuslar var – onlar Ermənistanın mənim ölkəmə təcavüzü nəticəsində qaçqın və məcburi köçkün olan 1 milyon insandır”, – AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu bəyanatla çıxış edib. O əlavə edib ki, bu problem həll edilmədən siyasi məhbus problemini çözmək mürəkkəb məsələdir. Turan agentliyi məlumat yayıb.

• Azərbaycanda jurnalist olmaq niyə çətindir?

Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində AŞPA Monitorinq və Hüquq Komitəsi tərəfindən Azərbaycanda siyasi məhbus probleminə həsr olunan dinləmələr təşkil olunub.

Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin rəhbəri Torxildur Varsdottirin fikrincə, martda baş tutan əfv aktı zamanı bir sıra siyasi məhbusun azadlığa buraxılması problemi həll etməyib. Hələ də həbsxanalarda 70-dən çox siyasi məhbus var. Bundan başqa, az əvvəl azadlığa buraxılanlardan bəziləri yenidən həbs olunub və yenə də siyasi motivlərlə.

• Azərbaycanda siyasi məhbusların əfv olunması: bu nə deməkdir və nəyi dəyişir?

Azərbaycandan olan hüquq müdafiəçisi və siyasi emiqrant Leyla Yunus və müxalif Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov da çıxış ediblər. Onların hər ikisi siyasi motivlərlə bir neçə il məhbus həyatı yaşayıb və onlar öz çıxışlarında bu problemin ölkədə necə kəskin olduğu haqda danışıblar.

Səməd Seyidov bildirib ki, Yunus və Məmmədovun şəxsi siyasi maraqları olduğu üçün obyektiv ola bilməzlər.

Facebook Comments

More on JAMnews