Kansler Merkel əleyhinə, partiyası isə lehinə səs verib" />

Almaniyada geylərin nikahı leqallaşdı

Kansler Merkel əleyhinə, partiyası isə lehinə səs verib

Almaniya Parlamenti eynicinslilərin nikahının leqallaşmasını dəstəkləyib. 393 deputat lehinə, 226-sı əleyhinə səs verib.

Kansler Merkelin partiyası – Xristian-Demokratik İttifaqı partiya intizamına müvafiq olaraq səsvermə məcburiyyətindən azad edilib. Partiyanın əksər nümayəndələri LGBT birliyi təmsilçilərinə bərabər hüquqların verilməsinin lehinə səs verib.  

Kansler Merkelin özü yeni qanunun əleyhinə səs verib və bildirib ki, “nikah kişi ilə qadın arasındakı ittifaqdır”. Bununla belə səsvermənin yekununda o bildirib ki, bu qanunun qəbul edilməsi nəticəsində “sosial birliyin möhkəmlənməsinə” ümid edir.

Independent qəzetinin sorğu etdiyi siyasi analitiklər hesab edirlər ki, Anqela Merkel sentyabrda baş tutacaq və nəticələri əsasında kanslerin namizədliyinin müəyyən olunacağı parlament seçkiləri ərəfəsində doğru manevr edib. Bir tərəfdən o, əleyhinə səs verərək  mühafizəkar seçicilərin rəğbətini qazandı. Digər tərəfdən isə geylərin nikahı ilə bağlı qanunun parlamentdə səsverməyə çıxarılmasına mane olmayaraq sol partiyalarla münaqişə yaratmadı.


More on JAMnews