Şərh: Abxaziyada asayişin bərkəmal olması üçün ən böyük maneə hakimiyyətin özüdür" />

Abxaziyada növbəti xarici işlər naziri dəyişikliyi kriminalla mübarizəyə kömək olacaqmı?

Şərh: Abxaziyada asayişin bərkəmal olması üçün ən böyük maneə hakimiyyətin özüdür

Qarri Arşbanın növbəti, son üç ildə beşinci daxili işlər naziri təyin olunmasını Abxaziya milisinin kollektivi nümunəvi işgüzarlıqla qarşılayıb.

Həmin gün paytaxtın mərkəzi küçələrindən bir neçəsi gücləndirilmiş milis dəstələri ilə (hər dəstədə 20-30 nəfər) dolu idi, onlar yoldankeçəmn nəqliyyat vasitələrini saxlayıb, yoxlayırdılar.

Heç vaxt bu əcaib aksiyaların mənasını anlamamışam, axı milisin əlinə düşmək istəməyən cinayətkar əvvəlcədən istənilən istiqamətdə yoldan sapa bilərdi, heç bir maneəsiz polis postunun ətrafından dolanıb keçmək də olardı. Nəinki böyük balıqlar, heç xırda-xuruş kilkələr də belə tora artıq çoxdandır ki, düşmür. Öyrəncəlidirlər.

Bununla belə, istənilən yeni milis rəhbərini bu cür faydasız reydlərlə qarşılayırlar. Cinayətkarlıqla real mübarizə imitasiyası artıq çoxdandır ki bir növ ayinə çevrilib.

Hər bir yeni nazirin öz fəaliyyətinə başladığı “islahat” sözünün özü isə tədricən rəsmi leksikondan çıxarılır. Bu söz artıq nəinki işləmir, hətta qıcıqlandırır da. Üstəlik əgər islahat deyilən bir şey ümumiyyətlə yoxdursa.

“Yuxarıdan tapşırılıb – qəfil hərəkətlər etmək olmaz”, – qarşılıqlı qəhvə içərək söhbətləşərkən tanış mayor köksünü ötürür.

Hərçənd, hətta hakimiyyət hüquq-mühafizə orqanlarında real islahatlara başlasaydı belə heç nə alınmazdı. Digər sahələrə toxunmadan ancaq bir sahədə yenidənqurma işləri aparmaq bütün boruları su sızdıran bir evdə yalnız əlüzyuyanı dəyişmək və fin unitazı quraşdırmaq kimi bir şeydir.

Azca da olsa, asayişin bərqərar olmasında ən böyük maneə elə hakimiyyətin özüdür. Heç bir zaman, heç bir prezidentin dövründə məmur övladlarının və hakimiyyətin ən üst təbəqəsinə yaxın olan şəxslərin fiqurantlıq etdiyi bu qədər çox cinayət törədilməyib.

Hazırkı prezidentin hakimiyyəti illərində düz nəzarət kamerasının qarşısında oğurluq baş verib, milis döyülüb, hətta biznesə “krışalıq” da edilib. Mamma bütün kriminal işlər nəticədə bayağı şəkildə bir əmrlə yarıda dayandırılıb. Heç istefalar da olmayıb.

 

 

Qarri Arşbaya qibtə eləmək mümkün deyil, onu nəzarətçi təyin ediblər. Görünür ki, ağır xəstə orqanizmin müalicəsi üçün lazım olan btün “alətlərdən və dava-dərmandan” onu ancaq “həblərlə” təmin ediblər.

 

Yuxarıda asayişin bərqərar olunması istiqamətində qəfil addımların hazırda kövrək siyasi stabilliyə zərbə ola biləcəyi haqda mülahizələr vardı. Halbuki nə olursa olsun, bu stabilliyi növbəti prezident seçkilərinə yəni 2019-cu ilin yayına qədər uzatmaq lazımdır.

Amma azğınlaşmış kriminalla belə “üstü bəzək” mübarizə böyük ehtimalla iki il sonraya təyin olunmuş seçkilərə deyil, xaosa gətirib çıxaracaq.

Məqalə müəllifinin istifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər.  JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və  ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews