Yeni “pasport” qanunvericiliyini hüquqşünaslar və yerli sakinlər təhlil edir" />

Abxaziyada gürcülər üçün “oturum icazəsi” – problemlərin həlli yoxsa onların dərinləşməsi?

Yeni “pasport” qanunvericiliyini hüquqşünaslar və yerli sakinlər təhlil edir

Foto: Sergey Demyanov, JAMnews

Abxaziyanın Qal rayonunda azı 30 min nəfərin həyatına bilavasitə təsir edəcək böyük və çoxdan gözlənilən dəyişikliklər baş verir.

Qal rayonunun az qala yüz faiz əhalisi gürcülərdir, bu da onu Abxaziyada çox da problemli bir anklava çevirir. Abxaziya özünü Rusiyanın dəstəyi ilə müstəqil dövlət kimi qurur – bu zaman Tbilisi təkid edir ki, Abxaziya Gürcüstanın bir hissəsidir və onun ərazi bütövlüyü ilə bağlı tələbini BMT, Avropa İttifaqı və bütün Qərb ölkələri dəstəkləyir.  

Qal rayonunda yaşayan gürcülər ta qədimlərdən buranın yerli əhalisidir, ailələr burada əsrlər boyu yaşayıb, onların yerli tarixi adı da var: samurzakanlılar. Bununla belə, onlar gürcülərdir və hamısı da olmasa, böyük əksəriyyəti Gürcüstanla bilavasitə və sıx bağlıdır, Gürcüstan pasportları var.  

Haqqında danışmaq istədiyimiz həmin o böyük hadisələr də məhz pasportla bağlıdır.

Foto: Dmitri Stateynov, JAMnews
Bu  gün Qal rayonunda yaşayan təxminən 30 min nəfərdən hardasa cəmi 300 nəfərin Abxaziya vətəndaşlığı var. Yerdə qalanları indiyə qədər faktiki olaraq qeyri-leqal yaşayıb. Onlar Gürcüstan vətəndaşlarıdır və ondan imtina etmək istəmirlər və deməli Abxaziya vətəndaşlığını ala bilmirlər, çünki respublikada ikili vətəndaşlıq ancaq Rusiya pasportlarının sahibləri üçün ola bilər.

Abxaziyada bu dilemmanın hansı şəkildə həll olunması ilə bağlı illərlə müzakirələr gedir. Çoxları hesab edir ki, məhz “Qal məsələsi” ilə bağlı manipulyasiyalar Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvabın vaxtından əvvəl qalmaqallı istefasına səbəb olub.

[su_quote]“Qal rayonu əhalisinin pasportlaşdırılması üzrə xüsusi komissiyalar pozuntularla təşkil olunub… Pasportlar qüvvədə olan “Abxaziya Respublikasının vətəndaşlığı haqqında qanunu”n pozulması ilə verilib” – JAMnews-un Abxaziyanın Qal rayonunda gürcülər üçün pasportların verilməsi problemləri üzrə ətraflı analitik icmalı. [/su_quote]

Və nəhayət Abxaziya parlamenti bir neçə ay sürən debatlardan sonra yekun qərar verdi – gürcü anklavının həyatı “oturum icazəsi” adlandırılan sənədlə qanuniləşəcək.

Bu sənəd sahibinə Abxaziyada daimi yaşamaq, həm də ölkəyə sərbəst şəkildə girib-çıxmaq hüququ verir. Amma bu zaman həmin status daşınmaz əmlak almaq və ya satmaq hüququ vermir, həm də istənilən səviyyədə, o cümlədən yerli seçkilərdə iştirak etmək imkanı vermir.  

“Oturum icazəsi”nin verilməsi prosesi 2017-ci ilin iyun ayından başlayıb. Ötən 2,5 ay ərzində statistika aşağıdakı kimidir:

  • 140-a yaxın adam sənəd alıb;
  • 200 nəfərə yaxın təsdiq alıb və sənədin alınmasını gözləyir;
  • Rayonun 2 minə yaxın sakini “oturum icazəsi”ni almaq üçün ərizə verib.

Pasport idarəsi

Qal şəhəri, Abxaziya DİN-nin pasport idarəsi, cümə axşamı. Bu, qəbul günü deyil, bununla belə, pasport-viza xidməti otağının qapısının ağzında 15 nəfərə yaxın adam növbə yaratmağa çalışır.

Foto: Dmitri Stateynov, JAMnews

Bir nəfər də içəri daxil olur, “növbə”yə nəzər salır, sonra da elə buradaca divardan asılan “yaşam icazəsi” alanların siyahısını oxumağa başlayır. Öz soyadını tapır və gözləmək üçün küçəyə çıxır, deyir ki, orada heç olmasa siqaret çəkmək olar.

Qəbul otağında olanların arasında isə bu zaman səs-küy yaranır, deyəsən kimsə növbədən kənar keçmək istəyir. Qadın təkidlə sadəcə arayış təqdim etməli olduğunu deyir, pasport idarəsinin işçisi gəlir, bir neçə nəfəri, o cümlədən də arayış verməli olan xanımı içəri buraxır.   

Foto: Dmitri Stateynov, JAMnews

“Oturum icazəsi” almaq üçün xeyli sayda sənəd təqdim etmək lazımdır:

  • “yerli kökləri” təsdiq etməli olan doğum haqqında şəhadətnamə,
  • adamın rayonda 10 ildən az olmamaq şərtilə, 1999-cu ildən başlayaraq yaşadığını göstərən yaşayış yerindən arayış,
  • SSRİ vətəndaşının pasportu kimdə qalıbsa lap yerinə düşərdi,
  • HİV infeksiyasının olmaması haqqında sertifikat,  
  • adamın narkoloji dispanserdə qeydiyyatda olmaması haqda arayış,
  • və fotoşəkil.

Yerli müfəttiş, milis leytenantı Tatyana Çistyakova deyir ki, bu sənədləri toplamaq çoxları üçün həm çətin, həm də bahalıdır. Laboratoriyaya getmək, analiz vermək, sertifikat və arayışa görə pul ödəmək, sonra da onları dalınca getmək lazımdır.

Buna görə də leytenant Çistyakovanın JAMnews-a bildirdiyinə görə, Qal rayonunda anadan olanlar üçün “oturum icazəsi”nin sadələşdirilmiş alınma qaydasını təqdim etmək qərarı verilib. Digərləri üçün isə hər şey xeyli çətindir.

“Baxın, bir ailə var, dörd nəfərdən ibarətdir. Hamısı Gürcüstanda anadan olub, amma bütün həyatlarını Abxaziyada yaşayıblar. Onların işləri hələlik “asılı vəziyyətdə” qalır. Bir ailə də var, orada atadan başqa ailənin bütün üzvləri Gürcüstanda anadan olub, ata yerli olduğuna görə də ailənin bütün üzvləri nəticədə “oturum icazəsi” alıb”, – o danışır.

“İnqur” çayı üzərində buraxılış məntəqəsi, Gürcüstanla sərhəd  

Burada da növbə var, amma daha rəsmidir. İnsanların əllərində Abxaziya və Gürcüstan pasportları, arayışlar var. Sərhədçilər deyir ki, bütün gün ərzində cəmi beş nəfər oturum icazəsi ilə sərhədi keçib.

Bir az aralıda yanında iki uşaqla kişi dayanıb. Onun problemləri var. Qızının bu yaxınlarda 15 yaşı tamam olub, yeganə sənədi də doğum şəhadətnaməsidir ki, o da ancaq 14 yaşı tamam olana qədər şəxsiyyəti təsdiq edən sənəd sayıla bilər.  

“Bəs oturum icazəsi necə?” – ondan xəbər alırıq. Kişi başını yelləyir.

“Yox”, – qətiyyətlə deyir. – “Onu almağa hazırlaşmıram belə. Ondansa sənədsiz yaşayaram. Ata-babalarımın bir neçə nəsli ömür boyu burada yaşayıb. Kənddə öz qəbiristanlığımız da var. Oturum icazəsi nəydi?”

Nəticədə onu geri, “9 №-li forma” arayışı almaq üçün göndərdilər. Sərhədçi dedi ki, bəxti gətirsə, arayışı ona elə bu gün verəcəklər, o da sərhədi keçə biləcək.  

Kişinin bəxti gətirdi – bir saat keçməmiş yenə postda göründü, bu dəfə uğurla yoxlamadan keçdi və qızları ilə yoluna davam etdi.

Buraxacaqlar ya yox

Söhbət etdiyimiz bir neçə yerli sakin deyirdi ki, artıq “oturum icazələri” var, amma buraxılış məntəqəsində onlardan həm də Gürcüstan pasportunu təqdim etməyi tələb edirdilər.

Sərhədçilər belə bir izahat verdilər: “oturum icazəsi”ndə yazılıbsa ki, sahibinin başqa bir ölkənin pasportu da var, adam həmin pasportu da təqdim etməlidir. “Vətəndaşlıq” sözünün yanında VOŞ (vətəndaşlığı olmayan şəxs) abbreviaturası qoyulubsa və ya xətt çəkilibsə, onda ancaq “oturum icazəsi” verilə bilər.  

Belə bir təəssürat yaranır ki, “oturum icazəsi” alan insanların əksəriyyəti bundan xəbərsizdir, buna görə də buna böyük şübhə ilə yanaşırlar.  

Halbuki həmin o sətir sadəcə adamın şifahi şəkildə dedikləri əsasında doldurulur, çünki Qal rayonu sakinlərinin Gürcüstan vətəndaşlığının olub-olmamasını yoxlamaq mümkünsüzdür, Abxaziyanın DİN-də belə bir məlumat bazası yoxdur.

Foto: Sergey Demyanov, JAMnews

Abxaziya vətəndaşlığı

2017-ci il aprelin 30-dan avqustun 30-na qədər Qal rayonunda cəmi 27 Abxaziya vətəndaşlığı pasportu verilib. Onlardan 23-ü köhnə pasportun yenisi ilə əvəz olunmasıdır.

“Abxaziya pasportunu almaq üçün Gürcüstan vətəndaşlığından imtina etmək lazımdır, bizdə bütün tarix boyu yeganə bel bir hadisə olub”, – milis leytenantı Tatyana Çistyakova deyir. – “Bu, 2008-ci ilin əvvəllərində olub, qadın milliyyətcə rusuydu, əri gürcü, o da düz bir il Tbilisidə rəsmi şəkildə özünün Gürcüstan vətəndaşlığından məhrum edilməsi üçün vurnuxub”.

Çistyakova deyir ki, ona bir neçə yerli etnik gürcünün Tbilisiyə vətəndaşlıqdan imtina etməsi üçün yollandığı hallar da məlumdur, amma onlara guya orada bunu etməyə imkan verməyiblər, “əks halda tutacaqları” ilə hədələyiblər.

Yerli sakinlərin özləri bu mövzunu JAMnews-la müzakirə etmək istəmədilər.

“Oturum icazəsi”nin problemləri tərəfləri

“Hakimiyyət Qal rayonunun sakinlərinin problemlərini həll etdiyini düşünür. Amma insanlara “oturum icazəsi” kifayət etmir, həddən artıq çox məhdudiyyətlər yaradır. Və bu sənəd sahiblərinin hüquqları genişləndirilənə qədər çətin ki, onu kütləvi şəkildə almaq istəsinlər”,- Humanitar Proqramlar Mərkəzinin hüquqşünası Said Gezerdava deyir.

Qal rayonu sakinlərinin bütün bu hüquqları 4 aprel 2014-cü ilə qədər olub, həmin vaxt parlament “Abxaziya Respublikası əhalisinin pasportlaşdırılması prosesinin qaydaya salınması haqda” 

Onun sözlərinə görə, insanları faktiki olaraq pensiya, təhsil almaq hüququndan məhrum edirlər, onların daşınmaz əmlak almaq hüququ, yerli hakimiyyətin qərarlarına təsir etmək imkanı yoxdur – çünki onlar bu hakimiyyəti seçə bilmir.

qərarını təsdiq etdi. Ola bilsin, bu problemlər müvəqqəti xarakter daşıyır. Amma Qal rayonu sakinlərinə fərqli yanaşma olmayınca problemin həllini gözləmək çətindir”, Said Gezerdava JAMnews-a deyib.  

Baraiquara kəndi

Foto: Dmitri Stateynov, JAMnews

Qal rayonunda söhbətləşdiyimiz hər kəs kimi bu qadın da adının hallanmasını istəmədi. Amma öz həyat hekayəsini danışmağa razılıq verdi.

Həyat hekayəsi əslində tipikdir – Gürcüstanda anadan olub, bütün ömrü boyu ta bu yaxınlara qədər Nabakevi adlanan və yerli sakinlərin indi də məhz bu cür adlandırdığı Bataiuqara kəndində yaşayıb. Sənədlərdən sovet pasportu və yeni qanunvericilik tərəfindən ləğv olunan Abxaziya pasportu olub.

“Bu Abxaziya pasportunu mən prezident Baqapşın [ 2010-2011-ci illərdə] dövründə almışam, sonra bu pasport qüvvəsini itirdi. Ailəmdə hamı sənədsizdir. Anam abxazdır, amma Abxaziya vətəndaşlığı yoxdur, çünki abxaz dilini bilmir. Amma axı mən yerli sakinəm, köhnə sovet pasportum var, orada da bu kəndin sakini olduğum açıq şəkildə yazılıb”,- deyə qadın danışır.

Onun yerli qanunvericilikdən və “oturum icazəsindən” xəbəri var, amma müraciət etməyib. Dedi ki, ona hər şey çətin görünür, amma konkret nəyin – izah etmək istəmədi.

Onun sözlərinə görə, kənddə əksəriyyət hələlik gözləmə mövqeyində dayanıb, necə hərəkət edəcəyini bilmir.

Foto: Sergey Demyanov, JAMnews
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews