Abxaziyada kəskin ehtiyac duyulan reanimobili Gürcüstanda mənimsəmək məcburiyyətində qaldılar. Nəticəsi nə oldu?" />

Abxaziyada abxaz həkimlərin ixtisasardırma üçün Tbilisiyə getməsi ətrafında qalmaqal

Abxaziyada kəskin ehtiyac duyulan reanimobili Gürcüstanda mənimsəmək məcburiyyətində qaldılar. Nəticəsi nə oldu?

Foto: İbrahim Çkadua

Abxaz tibb işçilərindən ibarət qrup Tbilisinin səhiyyə mərkəzlərindən birində təlimddə iştirak edib. Onlar orada müasir reanimobil avadanlığının necə işlədiyini öyrəniblər. Amma bu səfər haqda heç bir rəsmi məlumat olmayıb, bu barədə yalnız sosial şəbəkələrdən məlum olub və nəticədə respublikada böyük qalmaqal yaranıb.

Təlimin təşkili ilə Abxaziyanın beynəlxalq təşkilatlarla humanitar məsələlər üzrə nümayəndəsi Zurab Lakerbaya məşğul olub. O, Suxumun “Nujnaya qazeta” nəşrinə bildirib ki, Tbilisidəki təlim Abxaziyaya müasir təcili yardım maşını bağışlamağa hazır olan Hollandiyanın qeyri-hökumət təşkilatı ilə bağlanın müqavilənin tərkib hissəsi olub.

“Abxaziyada belə bir avadanlıqla tanış olan mütəxəssislər yoxdur. Hollandlar bizim tibb işçilərinin əvvəlcə bu avadanlıqla işləməyi öyrənməsini şərt olaraq qoyub, yalnız bundan sonra təcili yardım maşını Abxaziyaya gətiriləcək. Hələlik isə reanimobil Gürcüstanın istisaslaşmış mərkəzindədir, orada bu avadanlıqla yaxşı tanış olan mütəxəssislər var. Bundan başqa Abxaziyadan olan “təcili yardım” həkimi də Gürcüstanda müalicədə olub. 

Buna görə də mən üç tibb bacısı və bir sürücünü də bu ixtisaslaşmış mərkəzdə həmin avadanlıqla tanışlıq üçün dəvət etdim, bundan sonra onlar Abxaziyaya qayıdıblar”, – Lakerbaya danışır.

Bununla belə Səhiyyə Nazirliyi bu səfərə aidiyyatının olmadığını rəsmən bəyan edib.

“Səhiyyə Nazirliyi 2017-ci ilin dekabrında Rusiya Diplomsonrası Tibb Təhsili Akademiyası ilə tibb personalının təhsili haqda saziş imzalayıb”, – nazirliyin mətbuat xidmətindən bildirilib.

Abxaziyanın digər imkanlara ehtiyacı yoxdur, “xüsusən də Abxaziya Respublikası üçün düşmən [ölkələrin]” təqdim etdiyi imkanlara – bəyanatda deyilir.

Zurab Lakerbaya hesab edir ki, bu səfər ətrafında qalmaqalı şişirtmək Abxaziyanın çox ehtiyac duyduğu reanimobili ala bilməməsi ilə nəticələnə bilər.

“Bu, çox məyusedici olar. Bizim bu maşında olan tibbi avadanlığından yoxumuzdur, onun dəyəri içindəki aparatlarla birlikdə 50 min avrodan bahadır”, – Lakerbaya deyib.

Sosial şəbəkələrin abxaz seqmentində bu məsələ ən çox müzakirə olunan mövzulardan biridir və belə bir sual geniş kütlələr üçün aktuallaşıb: Abxaziya sakinləri müalicə üçün Gürcüstan klinikalarına getməlidirlərmi?

Bəzi fikirlər:

“Ölərəm, amma heç vaxt düşmənlərimin ayağına getmərəm. Gürcüstana müalicəyə getmək satqınlıqdır”.

“Ananın övladı qucağında ölümlə pəncələşəndə və normal həkim olmayanda, müalicə üçün pul olmayanda piyada gedər ki, təki uşağına yüksək ixtisaslı həkimlər yardım etsinlər, üstəlik də havayı”. 

“Axı təkcə kasıblar getmir, yetərincə imkanlılar da gedir. İnsanlar havayı şeylərə öyrəşib”. 

“Əgər Rusiyada müalicə bahadırsa, Ermənistana gedin, orada çox yaxşı yüksək ixtisaslı həkimlər var. Niyə məhz Gürcüstan? Nədir, hamı artıq müharibəni unudub?”

“Öz ölkəndə səhiyyəyə pul qoymaq lazımdır, o zaman xalqımız da Gürcüstana müalicəyə getməz”.

Məqalədə yer alan termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üststə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan rəyləri silmək haqqını özündə saxlayır

None found

Facebook Comments

More on JAMnews