Feminist xanımlar əllərində çox sayda plakat aparır, fit çalır, şüarlar deyir və fayerləri yandırırdılar " />

Tbilisidə qadınların marşı baş tutub. Fotoreportaj

Feminist xanımlar əllərində çox sayda plakat aparır, fit çalır, şüarlar deyir və fayerləri yandırırdılar

Gürcüstanın paytaxtında çərşənbə günü axşam çoxsaylı etiraz aksiyası keçirilib.

Ağmaşenebeli prospektində Qadın həmrəyliyi marşının yüzlərlə iştirakçısı yürüş edib. Marşın təşkilatçıları kimi qadınların hüquqlarının müdafiəsi təşkilatları çıxış edib.

Bu marş bir neçə gün əvvəl baş tutan Gürcü marşı aksiyasına cavab oldu. Ötən həftə Gürcü marşının iştirakçıları Gürcüstanı ölkədə qeyri-leqal yaşayan əcnəbilərdən təmizləməyi tələb ediblər, müxtəlif ksenofob bəyanatlarla çıxış ediblər. İyulun 19-da isə Ağmaşenebeli prospektində artıq başqa insanlar toplaşaraq, qeyri-bərabərlik, zorakılıq, ksenofobiyaya qarşı və qadınların hüquqlarının müdafiəsi tələbi ilə yürüş ediblər.

Feminist xanımlar əllərində çox sayda plakat aparır, fit çalır, şüarlar deyir və fayerləri yandırırdılar.

Qadınlar Gürcü marşının bir neçə fəalı sosial şəbəkələrdə aksiya iştirakçılarına qarşı tənqidi fikir səsləndirən Tbilisi sakini Tatia Dolidzeni qrup şəklində zorlama ilə təhdid edəndən sonra şəhərin küçələrinə çıxmaq qərarına gəliblər.

Qadın hərəkatını təmsil edən Baya Pataraya deyir ki, aksiyanı keçirməyə onları bu yaxınlardan baş tutan və növbəti dəfə gürcü cəmiyyətində qadının nə qədər zəif olmasından xəbər verən hadisələr vadar edib. “Sosial fəal qadın faşist çağırışlarını və Kreml tərəfindən idarə olunan qüvvələri tənqid etməyə cəhd edən kimi ona və ailəsinə qarşı elə hücumlar başladı ki və bu, təhqir və kiber-bulinqlə bitmədi. Bu, dəhşətli təhdidlər, o cümlədən qrup şəklində zorlama təhdidinə çevrildi. Bütün bunlar qadınları susmağa, ölkəni idarə etmək məsələlərində öz fikrini ifadə etməməyə məcbur etmək cəhdləridir. Halbuki ölkənin inkişafı üçün qadınların fəal olması olduqca vacibdir”, – Baya Pataraya deyir.

Aksiya iştirakçıları arasında xeyli sayda kişi də varıydı, onlar da Gürcüstan cəmiyyətində qadınlara qarşı qeyri-bərabər münasibətdən danışır və ksenofob, o cümlədən də qadınlara qarşı dözümsüzlük nümayiş etdirən qruplara qarşı çıxış edirlər.

Plakatlarda yazılar: “Femisidi dayandırın”, “Gücümüz həmrəyliyimizdədir!”

“Biz daha dözməyəcəyik!”

“Femisidi dayandırın!”

“Həmrəylik, Azadlıq, Hüquq bərabərliyi ”, “Qadın miqrantlarla həmrəylik!”

“Qadını zorlamaq cinayətdir!”

“Qadınların itaətsizliyi başlayır!”; “Qadınlar hüquqların bərabərliyi uğrunda!”

“Zorakılığın milləti yoxdur”, “Təhdidləri cavabsız qoymayaq”

 

 


More on JAMnews