Yeni qanuna əsasən qurbanları ilə evləndikləri təqdirdə təcavüzçü və ya azyaşlıya qarşı seksual hərəkətlərə yol verən şəxslər məsuliyyətdən azad ediləcək" />

Zorlandın? Təcavüzçü ilə evlən – Türkiyədə məhz bu cür qanun qəbul olunur

Yeni qanuna əsasən qurbanları ilə evləndikləri təqdirdə təcavüzçü və ya azyaşlıya qarşı seksual hərəkətlərə yol verən şəxslər məsuliyyətdən azad ediləcək

Türkiyədə qəbul edilməyə hazırlanan yeni qanun təcavüzdə və ya azyaşlılara qarşı seksual hərəkətlərə yol verməkdə ittiham olunan kişiləri cəzadan azad edəcək. Əgər təcavüzçü qurbanı ilə evlənərsə, ona qarşı cinayət təqibi dayandırılacaq.

Bu qanun layihəsi artıq Türkiyə parlamentinə təqdim olunub və müzakirəsinin yanvarın sonunda başlanacağı ehtimal edilirdi.

Türkiyədə ərə verilən azyaşlı qızlar da daxil olmaqla hər gün təxminən 45 uşaq seksual zorakılığa məruz qalır

Türkiyədə artıq təkamül nəzəriyyəsi tədris edilmir, onu cihad nəzəriyyəsi əvəz edib

 Türkiyə: öldürülən və ya zorakılığa məruz qalan qadınların qorxunc statistikası

Türkiyədə reaksiya

Qanuna etiraz edənlər, o cümlədən də ana müxalifət – Cümhuriyyət Xalq Partiyası qanun layihəsinin parlamentdə müzakirəsindən imtina etməyə çağırıb. Onlar hesab edirlər ki, bu qanun təcavüzləri və azyaşlıların seksual məqsədlərlə istismarını qanuniləşdirmiş olacaq.

2016-cı ildə Türkiyədə oxşar qanun layihəsi vardı və bu qanun “zorakılıq və təhdid tətbiq etmədən” azyaşlılarla seks halında əməli törədən şəxsi məsuliyyətdən azad edirdi. Qanun layihəsi cəmiyyət tərəfindən pedofiliyanı leqallaşdırmaq cəhdi kimi qəbul olunmuş və kəskin etirazlardan sonra rədd edilmişdi.

Türkiyənin paytaxtı Ankarada qadınlara qarşı zorakılığa və hakimiyyətin hərəkətsizliyinə etiraz edənlərin asksiyası dağıdılır. 12 dekabr, 2019. REUTERS/Umit Bektas

Dünyanın reaksiyası

BMT bu qanun layihəsi ilə əlaqədar Türkiyəyə xəbərdarlıq edib və bildirib ki, bununla ölkə “azyaşlılara qarşı cinayətlər dalğasının və onların istismarının cəzasız qalmasına yol açır”.

“Bərabər hüquqlar indi” ictimai təşkilatının lideri Suad Əbu Dayə Yaxın Şərq və Afrikada qadın haqlarını müdafiə edir və o, Britaniyanın “The Independent” qəzetinə bildirib:

“İctimai fəalların səyləri sayəsində son illərdə Mərakeş, Fələstin, Misir, Livan, İordaniya və Tunisdə bu cür qanunların qarşısı alınıb. Türkiyə də qadınların haqlarını qanunla məhdudlaşdırmaqdansa bu yolla getsə yaxşı olar”.

Ərdoğanın mövqeyi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qadınlarla kişilərin cəmiyyətdə bərabər hüquqlara sahib olması ideyasını israrla inkar edir.

O, gender bərabərliyi ideyasını “təbiətə zidd adlandırır”.

Ərdoğan əsasən qadınları işləməməyə çağırması, bundansa azı üç uşaq dünyaya gətirmək tövsiyyəsi ilə məşhurdur.

“İşlədiyi üçün ana olmaqdan imtina edən qadın öz qadın təbiətini inkar edir”.

Türkiyədə qadınların 38 faizi fiziki və ya seksual zorakılığa məruz qalıb

BMT-nin məlumatına əsasən, Türkiyədə qadınların 38 faizi kişilər tərəfindən ən azı bir dəfə fiziki və ya seksual zorakılığa məruz qalıb.

2017-ci ildə Türkiyədə məişət zorakılığı zəminində 409 qadın qətlə yetirilib. Bu, 237 qadının öldürüldüyü 2013-cü illə müqayisədə az qala iki dəfə çoxdur.


More on JAMnews