Gürcüstan hakimiyyəti etirazçılara güzəştə getmək niyyətində deyil" />

Zor gücünə dağıdılandan sonra da Tbilisidə etirazlar davam edir. Nümayişçilər parlamentin işinə mane olmağı planlaşdırırlar

Gürcüstan hakimiyyəti etirazçılara güzəştə getmək niyyətində deyil

Noyabrın 18-də Tbilisidə etiraz aksiyası zor gücünə dağıdılandan sonra vətəndaş cəmiyyəti fəalları və müxalifət nümayəndələri noyabrın 19-da yenidən parlamentin qarşısına toplaşıb. Aksiya təşkilatçıları noyabrın 25-də izdihamlı mitinq keçirmək niyyətlərini açıqlayıblar. Onlar parlament sessiyasına mane olmağı planlaşdırırlar.

“Hər həftə sizin həyatınızı zəhərə döndərəcəyik”, – vətəndaş etirazının liderlərindən biri Şota Diqmelaşvili “Gürcü arzusu” iqtidar partiyasına müraciət edərək deyib. Fəallar bildirirlər ki, zoraki qarşıdurmadan imtina edirlər və hər həftə dinc nümayiş təşkil edəcəklər.

• Tbilisidə etiraz aksiyası necə dağıdıldı? JAMnews-un fotoreportajı

“Bu, çox böyük aksiya olacaq və əgər deputatlar parlamentə girmək istəsələr, o zaman polis bizi, dinc etirazçıları, bütün siyasi partiyaların nümayəndələrini kənara çəkməli olacaq… Onlar yenidən su şırnaqlarından, tam təchizatlı 5 min polisdən istifadə etməli, bizi döyməli olacaqlar… Onlar bütün il boyu buna davam gətirə bilməyəcəklər və hətta əgər davam gətirsələr belə istənilən seçki sistemində onlar uduzacaqlar”, – Diqmelaşvili deyib.

Nümayişçilərin əsas tələbi dəyişməz qalır: 2020-ci il parlament seçkiləri tam proporsional sistem üzrə keçirilməlidir. Bundan başqa, onlar 20  iyun və 18 noyabr aksiyalarında polislə etirazçılar arasında toqquşma zamanı həbs olunanların azad edilməsini, seçki qanunvericiliyinə və Mərkəzi Seçki Komissiyasının tərkibinə dəyişikliklərin olunmasını tələb edirlər.

Tbilisi və Gürcüstanın bir neçə başqa şəhərində etirazlar noyabrın 14-də, parlament konstitusiya islahatları və qanunvericilik dəyişikliyi ilə bağlı layihəni dəstəkləməyəndən sonra başlayıb. Bu qanun layihəsi prinsipial əhəmiyyət daşıyırdı – 2019-cu ilin iyununda müxalifət tərəfindən keçirilən etiraz aksiyaları əsasən “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvili müxalifətin tələbini qəbul etdiyi və majoritar seçki sistemindən imtina edərək, parlament seçkilərində sıfır seçici baryeri ilə proporsional (partiyalı) sistemin tətbiq olunacağına dair şəxsən söz verdiyi üçün dayandırılmışdı.

 

Seçki islahatının qəbul olunması üçün 150 deputatdan 113 nəfərinin səsinə ehtiyac var idi. Amma noyabrın 14-də səsvermə zamanı dəyişiklikləri yalnız 101 deputat dəstəkləyib. Səsvermə zamanı əsasən iqtidarda olan “Gürcü arzusu” partiyasından olan majoritar deputatlar bitərəf qalıblar.

 

Elə həmin gün müxalifət və vətəndaş cəmiyyəti fəalları müddətsiz etirazların başlandığını elan edib, Rustaveli prospektində çadır düşərgəsi qurub və tələbləri təmin edilənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.

Məhkəmə saxlanılanların işi üzrə prosesləri ləngidir

18 noyabr aksiyasının dağıdılması zamanı 37 etirazçı hələ də həbsdə saxlanılır. Onlar polisə itaətsizlikdə və xuliqanlıqda ittiham olunurlar.

Tbilisi məhkəməsində onların işlərinin baxışı ləngidilir, dinləmələr səhər saat 10-dan sonra bir neçə dəfə təxirə salınıb.

Siyasətçilər bunu hakimiyyətin məhkəmələrə təsiri ilə izah edirlər.

“İvanişvili məhkəməyə əmr verib ki, insanlara maksimum narahatlıq yaradılsın. Amma onlar bununla saxlanılanlara heç nə eləməyəcəklər. Bizim etirazımız daha da güclü olacaq, birinci növbədə də onların etirazı. Hamı anlamalıdır ki, indi artıq məhkəmə, dünən xüsusi təyinatlılar olduğu kimi qanunun yox, Bidzina İvanişvilinin xidmətindədir”, – Avropa Gürcüstanə Partiyasının nümayəndəsi Yelena Xoştariya bildirib.

Gündüz istintaq təcridxanasında Gürcüstan himnini oxuyan saxlanılan etirazçıların videosu yayılıb.

აქციის დაკავებულმა მონაწილეებმა წინასწარი დაკავების იზოლატორში ჰიმნი შეასრულეს

ექსკლუზიური კადრები წინასწარი დაკავების იზოლატორიდან – მომიტინგეები საქართველოს ჰიმნს ასრულებენ

Posted by მთავარი არხი • Mtavari Arkhi on სამშაბათი, 19 ნოემბერი, 2019

Aksiyada xəsarət alanlara gəlincə, rəsmi məlumata görə, 5 nəfər yaralanıb, onlardan 3-ü xəstəxanadan evə buraxılıb. Polislərdən ikisi tibb müəssisəsində qalır. Aksiya iştirakçılarından biri – Giorgi Mqebrişvilinin su şırnağına tuş gəlməsi nəticəsində biləyi qırılıb.

Parlament müxalifəti parlamenti boykot edir

Bir neçə saatlıq danışıqlardan sonra müxalif partiyaların nümayəndələri birgə qərarlarını elan ediblər.

“Fəaliyyət planı pazırdır, plan “Biz istənilən halda sizin üzərinizə qıfıl asacağıq” adlanır”, – Leyborist Partiyasının ofisində keçirilən görüşdən sonra Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze deyib.

Görüşün digər iştirakçıları qeyd ediblər ki, etiraz daha kəskin olacaq və bir, yaxud iki yerdə keçirilməyəcək.

Parlament müxalifəti – Birləşmiş Milli Hərəkat və Avropa Gürcüstanı, o cümlədən də bir neçə müstəqil deputat parlamentin işini boykot etdiklərini bildiriblər və bəyan ediblər ki, iclaslarda iştirak etməyəcəklər. Milli Hərəkatın üzvü Roman Qotsiridze hətta qanunverici orqanın iclas zalı üzərinə qıfıl asıb. Daha sonra parlament əməəkdaşları onu çıxarıb.

გოცირიძემ პარლამენტის სესიის დარბაზს ბოქლომი დაადო

ამ დარბაზში პლენარული სხდომა არ ჩატარდება – გოცირიძემ პარლამენტის სესიის დარბაზს ბოქლომი დაადო

Posted by მთავარი არხი • Mtavari Arkhi on სამშაბათი, 19 ნოემბერი, 2019

Hakimiyyət güzəştə getmir

Gürcüstanın baş naziri Georgi Qaxariya bildirib ki, noyabrın 18-də hüquq-mühafizə orqanları qanun çərçivəsində hərəkət edib və lazım gələrsə, dövlət və polis ində belə də eyni cür davranacaq.

“Kəsilmiş küçələr, Tbilisi küçələrində bu ocaqlar və barrikadalar vətəndaşlarımıza çox sayda ciddi problem yaratmaqla yannaşı, belə bir şey ümumiyyətlə yolverilməzdir. Siyasi proses parlamentdə, kütləvi informasiya vasitələrində, seçki sandıqlarının başında getməlidir və qanun çərçivəsində həyata keçməlidir”, – Qaxariya deyib.

Onun sözlərinə görə, etirazçılar əsas dövlət institutuna və xalq tərəfindən seçilən deputatlara hücum ediblər.

Parlament çoxluğunun nümayəndələri də eyni mövqeyi bölüşür. Parlament spikeri parlament qarşısında piket keçirilməsi ilə bağlı müxalifət liderlərini tənqid edib və mitinqin dağıdılması ilə əlaqədar hökumətin qərarını dəstəkləyib.

İqtidar partiyasından olan bir neçə deputat yeni qanunvericilik təşəbbüsü ilə çıxış edib. Təşəbbüs müəlliflərindən biri Dmitri Xundadze bildirib ki, Gürcüstan parlamenti tam şəkildə majoritar sistem üzrə (müxalifət məhz buna qarşı çıxır) formalaşmalıdır.

 


More on JAMnews