Rustavi şəhərində attraksion parkı – unikal məkandan erotik kluba, bataqlıqda batan relslərə qədər" />

Yoxa çıxmış dəmiryolu – Gürcüstandan qiyamət fotoları və hekayəsi

Rustavi şəhərində attraksion parkı – unikal məkandan erotik kluba, bataqlıqda batan relslərə qədər

Gürcüstanın Rustavi şəhərində yerli sakinlərin məmnunluqla xatırladığı keçmiş uşaq dəmiryolu

Bu qeyri-adi layihə 1986-cı ildə açılıb. Yolun ümumi uzunluğu düz beş kilometr idi

Qatar platformalı əsl stansiyadan yola düşürdü. Sonra bir müddət düzəngahdan keçirdi

Daha sonra “Ququ quşu” adlanan gölün üzərindəki körpünü ötüb Kür çayına doğru enirdi

Buradan sola burulur, çayın sahili ilə 200 metr irəliləyir və meşəyə girirdi

Sonra yenə bir qədər çəmənliklə gedir, və yarım kilometr uzunluğu olan süni tuneldən keçirdi

Parоvoz və iki açıq sərnişin vaqonu xüsusilə maraqlı idi

Gecə parоvoz kiçik, amma əsl depoya yollanırdı

Yəqin məhz elə bu depo, parоvoz və vaqonların rahatlığı 1990-cı illərdə sahibkarlarda qeyri-adi ideyanın yaranmasına səbəb olub

Artıq sovetdən sonrakı bərbad dövr başlayırdı

Dəmiryolu artıq tərk edilmişdi, amma hələ qiyamət gününü xatırladan hazırkı vəziyyətinə düşməmişdi

Parоvoz və vaqonlar paslansa da, hələ möhkəm idi. Rustavililərin danışdıqlarına görə, burada bir zamanlar “böyüklər üçün” gizli mini-kinoteatr fəaliyyət göstərib – erotik filmlər nümayiş olunub

İndi stansiya tədricən bataqlığa qərq olur

Image is not available

Yalnız dəmiryolu boyunca qalan dar cığır JAMnews-un fotoqrafına oraya yaxınlaşmağa imkan verib

Uşaq dəmiryolunu bərpa etmək cəhdi olub

2002-ci ildə Gürcüstan-Amerika Klubu ictimai təşkilatı burada “Park Ayova” adlanacaq əyləncə kompleksi yaratmağı təklif edib

Ərazini təmizləyib, ağac əkməyə başlayıblar, hətta stansiya binasını, parоvoz və vaqonları da rəngləyiblər

Amma bununla da hər şey yarım qalıb

previous arrow
next arrow
Slider

More on JAMnews