Şəhər rəhbərliyi öhdəliklərini yerinə yetirməyən operatoru dəyişmək niyyətindədir. Onunla müqaviləni keçmiş rəhbərlik imzalamışdı" />

Yerevanda zibilin yığılmasına və daşınmasına cavabdeh şirkət iri məbləğdə cərimə olunub

Şəhər rəhbərliyi öhdəliklərini yerinə yetirməyən operatoru dəyişmək niyyətindədir. Onunla müqaviləni keçmiş rəhbərlik imzalamışdı

Yerevanda zibilin yığılmasına və daşınmasına cavabdeh olan “Sanitek” şirkəti 12 milyon dram (25 min dollar) cərimə olunub. Şəhərin sakinləri xüsusilə yay aylarında şirkətin işi ilə bağlı çox şikayət edirdilər. Nəhayət, paytaxtın kommunal xidmətləri yoxlamalar aparıb və faktiki olaraq əmin olublar ki, şirkət öz öhdəliklərini lazımınca yerinə yetirmir.

İlkin olaraq “Sanitek” rəhbərliyi müqavilə şərtlərinin pozulması barədə xəbərdar olunub və ona ağlabatan müddət ərzində pozuntuları aradan qaldırmaq təklif edilib. Şirkətin şəhər rəhbərliyinin xəbərdarlığını qulaqardına vurması aydın olandan sonra cərimə təyin olunub.

İndi şirkət xəbərdar olunub ki, cərimədən sonra onu daha sərt cəza tədbirləri gözləyir.

Ələlxüsus, Yerevan Ağsaqqallar Şurasında Nikol Paşinyanın “Yelk” (çıxış) fraksiyası Yerevanda zibilin yığılmasına cavabdeh olan operatorla müqavilənin ləğvini təklif edir. “Sanitek” şirkəti ilə müqavilə 4 il əvvəl imzalanıb. O vaxt şəhər meriyasına keçmiş rəhbər Taron Marqaryan başçılıq edirdi.

“Biz beynəlxalq müsabiqə elan etmək istəyirik ki, paytaxtda zibilin daşınması və sanitar işlərin görülməsini yerinə yetirəcək yeni operatoru cəlb edə bilək. Yerevanda zibilin yığılması və daşınması ilə bağlı problemlər hələ 4 il bundan əvvəl “Sanitek” şirkəti ilə bağlanmış müqavilə ilə əlaqədardır. Zibilin utilizasiyası sahəsində rəqabət olmalıdır.

Bir neçə il əvvəl Beyrutda qeydiyyatdan keçmiş “Sanitek” beynəlxalq şirkəti ilə müqavilə imzalanarkən ikinci operator üçün müsabiqə elan edilmədi”, – “Yelk” framsiyasının təmsilçisi David Xajakyan izahat verib.


More on JAMnews